ABŞ dərman vasitələri və ərzaq məhsullarının keyfiyyətinə nəzarət idarəsi tərəfindən yayılan məlumatda bu il daha 5 nəfər mədəiçinə ballon yerləşdirən xəstənin vəfat etdiyi bildirilir. Beləliklə, ballon qoydurmuş pasiyentlər arasında ölüm sayı 12-ə çatıb.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, 3 pasiyentdə Apollo Endosurgery şirkətinin ballon sistemi tətbiq olunmuşdu.
4 ölüm hadisəsi ballon əməliyyatından 3-5 həftə sonra qeydə alınıb.
12 ölüm faktının 7-si ABŞ-da baş verib. FDA ballon sistemlərinin markalanmasına dəyişiklik edib, letal nəticə ola biləcəyi barədə qeyd etməyi qərara alıb.
Ölüm hallarının baş verməsi ilə bağlı FDA bu əməliyyatı icra edən tibbi işçiləri aşağıdakı qaydalara riayət etməyə çağırır:
-Pasiyenti əməliyyat sonrakı ağırlaşmalar, hətta letal sonluğun ola biləcəyi barədə əvvəlcədən xəbərdar edib, informasiya vermək
-Ballon sistemindən sonra ballonun deflasiyası, bağırsaq keçməməzliyi, xora yaranması, mədənin və qida borusunun perforasiyası baş verə bilər.
-Bu simptomları müşahidə edərkən pasiyentin nə etməsi barədə məlumat verilməlidir
-Əməliyyatdan sonra pasiyent uzun müddət ciddi müşahidə altında olmalıdır
-Baş verən istənilən ağırlaşma və letal vəziyyətlə bağlı həkim FDA MedWatch proqramı vasitəsilə xəbər verməlidir.