Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəsində yara olanların ürəyi ağrayır

  • 2023.05.03 15:17
  • 1859 Baxış
Mədəsində yara olanların ürəyi    ağrayır
Mədə xorası ilə ürək problemlərinin bir-birinə təsiri və əlaqəsi var.


“Medicina” xəbər verir ki, cərrah Aleksandr Rudnevin sözlərinə görə, ürək ağrısı mədə xorasının qeyri – aşkar simptomu hesab edilir.

Bu xəstəlik qarının yuxarı hissəsində ağrı ilə xarakterizə olunur. Adətən ürəkbulanma, ürək göynəməsi və ağırlıq hissi baş verə bilər.


“Mədə xorasının, qastritinin diaqnozu çox vacibdir, çünki bu xəstəlik müalicə edilməlidir. Müalicə olunmamış xoranın təhlükəsi ondan ibarətdir ki, o, daxili qanaxma və perforasiya kimi ölümcül ağırlaşmaların riskini artırır.

Bundan əlavə, düzgün müalicə olunmayan xora bədxassəli şişə çevrilə bilər. Erkən mərhələdə mədə xərçəngi praktiki olaraq, xüsusi simptomlar göstərmir, xora və ya xroniki qastrit altında maskalanır.

Mədə xorası atipik ağrı kimi özünü göstərə bilər, yəni ağrı kürək arxasında, bel bölgəsində, qaraciyərdə, öd kisəsində hiss olunur.

Xroniki bronxit də peptik xora xəstəliyinə işarə edir. Bu vəziyyətdə bronxlarla bağlı problemlər mədədə qidanın çox qalması və durğunluğu ilə əlaqədardır.


Mədəsində yara olan cəstə səhvən ürəyində və ya nevroloji xarakterli problemlərin olduğunu düşünür. Çünki insan sol çiyin bıçağına və ya ürəyin yerləşdiyi nahiyəyə yayılan ağrını hiss edir. Bu da onu qorxudur”.

Aygün Musayeva