Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Medera" hospitalın əməkdaşı əməliyyatda öldü - Daha bir estetik faciəsi

  • 2023.06.08 14:26
  • 2072 Baxış
"Medera" hospitalın əməkdaşı əməliyyatda öldü  - Daha bir estetik faciəsi

Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, hospitalın plastik cərrahı Günel Bayramlı elə həmin klinikada, “resepşn”da çalışan Aygün adlı əməkdaşını əməliyyat edib.


Məlumata görə, Aygün Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və onu evə buraxıb.

Əməliyyat olunan Aygünün iki gün sonra evində halı daha da pisləşib və o, tromblaşmadan dünyasını dəyişib.

“Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib.
Hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir.

Qeyd edək ki, vəfat edən qadın Göyçayda dəfn edilib. O, ailəli olub, bir qız övladı var.