Türkiyəli cərrahlar dünyada ilkə imza atıb .Onlar heç bir kəsik izi qoymadan mədə əməliyyatını gerçəkləşdirib.
Medicina.az xəbər verir ki, Ege Universitetinin Uşaq Cərrahiyyəsi şöbəsinin cərrahları bu günə qədər edilməyən yen ibir üsulla əməliyyat gerçəkləşdirib. Belə ki, qida borusu olmayan və yandırıcı maddə içərək qida borusunu itirən uşaqların üzərində gerçəkləşib.
Cərrahlar göbək nahiyəsində açılan tək bir dəlikdən istifadə edərək mədəni qida borusunun yerinə çəkə biliblər.Əməliyyatdan heç bir tikiş izi olmadan edildiyi üçün dünyada ilk hesab edilir.
Professor Zafer Dökümcü və qrupu indiyə qədər 4 belə əməliyyat həyata keçirib. Onun sözlərinə görə əməliyyat qapalı yöntəmlə və qarında bir neçə millimetrlik deşik açılaraq həyata keçirilib:
"Göbəyin içində təxminən 2 sm-lik dəlik açaraq mədəni boyuna doğru sürüşdürürük. Qida borusu yanıbsa, onu çıxarma prosesi də bu dəlikdən girərək sinənin ucuna qədər çatıb edə bilirik.Yara izi göbəyin içində qaldığı üçün yara tez və izsiz sağalır.
Qeyd edək ki, onların bu yeni üsulu beynəlxalq konqreslərdə də böyük marağa səbəb olub.