Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəni belə kiçildirlər - VİDEO

  • 2019.02.16 12:04
  • 10838 Baxış
Mədəni belə kiçildirlər -  VİDEO
 


Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov həyata keçirdiyi mədəkiçiltmə əməliyyatından görüntülər paylaşıb.


Medicina.az xəbər verir ki, pasient çəkisi 137 kq olub. Pasient bir neçə il əvvəl Bakıda başqa bir mərkəzdə mədə kiçiltmə adlandırılan mədənin boylama rezeksiyası əməliyyatı olunub. Amma əməliyyatdan sonrakı dövrdə lazımı qədər çəki verə bilməyib, əksinə 8 ay boyunca yenidən çəki alıb. 


"Pasiyent bizə müraciət zaman idman və pəhriz tətbiq olunmasına baxmayaraq, yetərli arıqlama effekti əldə olunmadı. Bundan başqa xəstədə iradəsizlik və psixoloji problemlər müşahidə olunurdu. O idman və pəhrizlə arıqlamasının mümkün olduğu təqdirdə nə üçün əməliyyat olunduğunun peşmançılığını çəkirdi. 

Nəticədə mədənin fundal hissəsinin və cisminin geniş olması səbəbindən pasientə Re-Seeve gastrektomiya dediyimiz təkrar əməliyyat həyata keçirdik" - deyə həkim bildirib.  

 

Taryel Ömərov əməliyyatdan texniki önəmli məqamları canlı olaraq izləyiciləri ilə bölüşüb. Həmin görüntüləri sizə təqdim edirik: