Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəni aldatmağın yolları- Aclıq hiss edənlər üçün

  • 2023.04.19 17:50
  • 2582 Baxış
Mədəni aldatmağın yolları - Aclıq hiss edənlər üçün
Aclıq hissini boğmaq üçün mədəni necə aldatmaq olar? Bu haqda müxtəlif fikir və təkliflər var.

“Medicina” xəbər verir ki, adətən daha az yemək üçün müxtəlif pəhrizlərə otururuq. Lakin aclıq hissini öldürmək üçün mədəmizi aldada bilərik.


Həkim- diyetoloq Serqey Frolovun sözlərinə görə, mədədə aclıq hissini azdırmaq üçün rasionumuza bunları əlavə edə bilərik.

Yulaf əzməsi və su. Yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı yulaf əzməsi yeyin, sonra su için.

Artıq süfrəyə əyləşərək, o qədər də ac olmadığınızı hiss edəcəksiniz. Dietoloq bildirir ki, mədənizdəki taxılın şişməsi və nahar və ya şam yeməyində çox yeyə bilməyəcəyinizə səbəb olacaq.

Yemək vaxtını keçirməyin. Həmçinin ciddi şəkildə cədvələ uyğun olaraq masa arxasında əyləşmək lazımdır. Əks halda yatana qədər yemək istəyəcəksiniz.

Axşam yeməyinə vaxtınız yoxdursa, yüngül bir şey yeyin, məsələn, özünüzə 200 q kəsmik, şüyüd, cəfəri, Çin kələmi və xiyardan bir salat hazırlayın. Hər şeyi limon suyu ilə qarışdırın.

Fast food qətiyyən olmaz. Heç vaxt iştahınızı dadlı bir şeylə kəsməyin. Məsələn peçenye, şirniyyat, çörək.

Diyetoloq fast-food və şirin su, çörək, çoxlu ədviyyat və ədviyyatlar, turşu tərəvəzlər, turş kələm, turş alma, şirniyyat, qəhvə, spirt və s. məhsulların iştahı açdığını bildirdi.

Aynurə Məmmədova