Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədədə xərçəng yaradan "Helicobakteriya"nın Əlamətləri

  • 2022.04.18 14:05
  • 4842 Baxış
Mədədə xərçəng yaradan "Helicobakteriya"nın     Əlamətləri


Helicobakteri Pylory adlı bakteriya mədə divarında xora əmələ gətirərək, gələcəkdə mədə, qida borusu xərçənginə yol açır.
Həzm sistemində daim problemlər orqanizmdə bu bakteriyanın mövcudluğunu göstərir. O, xroniki qastritin, xora xəstəliyinin birbaşa səbəbkarıdır.


Bakupost.az xəbər verir ki, professor Leonid Lazebnik mədə həkimlərinin ehtiyat etdiyi helikobakterinin əlamətlərini açıqlayıb.

ÜST helikobakterini bədxassəli törəmələrin yaranmasında əsas təsiredici faktor kimi birinci yerdə görür.

Helikobakteriya ilə necə, harda yoluxduğunuzu bilmək çox çətindir. Ona hər yerdə yoluxa bilərsiz. Çirkli əllər, ümumi qab qaşıq, məişət əşyaları, alt paltarı, yataq vasitəsi, ictimai tualet, nəqliyyat, ər-arvad, ailə içində öpüşməkdən, ağız suyu ilə təmas və s.
"Orqanizmdə bu bakteriyanın olmasını ilk başda heç bir əlamət olmadığı üçün bilmək olmur.

Elə ki, bakteriya mədənin selikli qişasını-divarını yeməyə başlayır, o zaman şikayətlər başlayır: səbəbsiz ağrılar, göynəmələr, sanki mədə divarının qaşınması, həzmin pozulması, mədədə dolma hissi,gəyirmə, qıcqırma, ürəkbulanma, nəcisin pozulması, ishal, yeməyin gec həzm olunması. Qastritin bütün əlamətləri Helicobakteri ilə eynidir.


Helikobakterinin yaratdığı qastriti uzun müddət diaqnoz və müalicə etmədikdə selikli qişada yara dərinləşir, tükənir, bədxassəli hüceyrələr yaranır, xərçəngönü vəziyyət yaranır.

Artıq bu bakteriyanın xərçəng əmələ gətirməsi sübut olunub.
Onun müalicəsi də antibakterial terapiya ilə aparılır".


Aygün Musayeva
BakuPost