Qastrit – Azərbaycanda geniş yayılmış, mədənin iltihabi xəstəliyidir
Çox adamlar onu yeməkdən sonra ağırlaşma və qıcqırma ilə səhv salaraq, həkimə getmir. Çoxları isə mədənin zondla yoxlanmasından çəkinib, ümumiyyətlə qastriti ciddi qəbul etmir.
Qastrit irsi, genetik ola bilir, acqalmadan, çox yeməkdən, zərərli qızarmış qidalardan, zərərli maddələrdən, siqaret, stress və içkidən yarana bilər.
- Qarında, bağırsaqlarda köpmə
Hər qida qəbulundan sonra qarın şişib köpürsə, bu qastritin ilk simptomu ola bilər.
- Yemək yeyəndə mədədə yanma hissi
Qastrit zamanı mədə-bağırsaqda çoxlu Helikobakteriyalar yaranır. Bu zaman mədənin turşu şirə ifrazı pozulur.
- Mədə, qarın nahiyədə ağrı
- B 12 vitamini və dəmir əsklikliyi
Mədədə qastrit olanda vitaminlərin sovrulması pozulur və avitaminoz yaranır
- Bir az yeyən kimi toxluq və mədədə ağırlıq hissi
- Çox ac qaldıqda mədədə qaşınma, ağrı, yanma hissi
1 il mədə ağrısı