Mədəaltı vəz hormon sintez edən və həzm üçün vacib orqandır. Mədə-bağırsaq problemləri zamanı bu orqan da mütləq yoxlanmalıdır.
Medicina.az mədəaltı vəz iltihabı və pankreatitdən şübhələnənlər hansı analiz və müayinələrdən keçməli olduğunuzu təqdim edir
Orqan özü USM və KT dən keçirilməklə yoxlanılır.
Laborator analizlərdən isə insulin, qlükaqon, qanda şəkərin miqdarı, sidikdə diastaz, nəcisdə elastaz, nəcisin ümumi analizi, qanda amilaza, lipaza analizləri tələb olunur.
Mədəaltı vəzin fəaliyyətinin pozulması həm də şəkərli diabet xəstəliyinə yol aça bilər.
Eləcə də ümumi qan analizi verilməlidir. Bu zaman qanda iltihab göstəricisi, EÇR, leykositlərin artımı nəzərə alınır.
Biokimyəvi analizlərdən qanda bilirubin pankreatitin ödə bağlı forması aşkar edilir
Alfa amilaza- nişastanı həll edən fermentdir. O qanda mədəaltı vəzin şirəsinin hasilinin pozulması zamanı kəskin artır.
Lipaza – yağları parçalayan enzimdir. Pankreatit zamanı o da yüksəlir.
Qlükoza – insulinin sintezini və diabetə nə qədər yaxın olduğunuzu göstərə bilər
Sidiyin analizində amilaza yüksəkdirsə, pankreatitdən şübhələnmək olar.
Nəcis analizində pozulmalar isə mədəaltı vəzin işinin pozulmasının dəqiq göstəricisidir.
Mədəaltı vəzi analizlərini MEDİ PLUS
klinikasının laboratoriyasında
20 % endirimlə əldə edə bilərsiniz
Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.
Tel: 055 252 45 94;
012 434 59 36