Bir çox insanlar mədənin altında olan bu kiçik, həyati vacib vəzin harda yerləşməsini, necə işlədiyini belə bilmir. Məsləhət görərdik ki, mədəaltı vəzi yaxından öyrənəsiz.
Bu orqanda problemlər gizli başlayır, çox zaman həzm, mədə xəstəlikləri ilə səhv salınır.
Medicina.az xəbər verir ki, qarında ağrı, ürəkbulanma, qusma, hərarət, qıcqırma, qəfil arıqlama, qanda qlükozanın artması, mədəaltı vəzi hissədə ağrı bu orqanda problemlər olduğunu göstərir.
Mədəaltı vəzin yayılmış xəstəliyi pankreatitdir. Zərərli, acı, soyuq qidalanma, oturaq həyatdan, zərərli işdən yaranır.
Mədəaltı vəz üçün ən yaxşı təbii bitkilərdən biri yazda sarı çiçəkləyən zəncirotu (rusca oduvançik)qanı, qaraciyəri və ödü təmizləyir. Bu bitkinin acıtəhər dadı genişlənmiş öd yollarını yığır.
Müalicə üçün zəncirotunun özü, çiçəkləri istifadə olunur. Ondan mürəbbə, salat, kükü, çay, dəmləmə etmək olar.
Kimlərə olmaz: mədə bağırsaq xorası, yarası, öd daşları, öd yollarının iltihabdan tam tutulması
Çayın hazırlanması:
1 xörək qaşığı quru bitki və kökünü 200 ml qaynar suda dəmləyib, 20 dəqiqə saxlayın. Bu çayı gündə 3 dəfə yeməkdən öncə 1 ay müddətində içmək olar.