Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəaltı vəzin 5 təhlükəli xəstəliyi – Əlamətlərə diqqət

  • 2019.05.13 16:11
  • 67567 Baxış
Mədəaltı vəzin 5 təhlükəli xəstəliyi –  Əlamətlərə diqqət
Etiraf edək ki, bəzilərimiz böyük, əsas orqanlarımızı-qaraciyər, ürək, mədəni dərindən araşdırır, qeydinə qalır, amma vəzilər kimi kiçik orqanların heç adını bilmirik.


Mədəaltı vəzi orqanizmdə ən vacib rol oynayan orqandır. Onun sayəsində qida parçalanır, libid, zülal, karbohidrat mübadiləsi tənzimlənir. Vəzi o qədər incə, həssasdır ki, ətraf mühitin mənfi təsirinə tez təslim olur, zəifləyir, xəstələnir.


Bu xəstəliklərdən eləsi var ki, vəzini hissə-hissə və ya tam sıradan çıxarır, bununla da insanda silsilə problemlər başlayır.


Medicina.az mədəaltı vəzin təhlükəli 5 növünü təqdim edir.


Mədəaltı vəzi mədənin arxasında yerləşib, endokrin və ekzokrin hissədən ibarətdir. Ekzokrin hissə çıxış axacaqlarından ibarətdir ki, onlar 12barmaq bağırsağa açılır. Burdan fermentlərlə zəngin pankreatik şirə axır, hansı ki, həzm prosesini tənzimləyir. Endokrin hissədə isə  insulin hüceyrələri və digər peptidlər sintez olunur. Məhz bu maddələr orqanizmin bütün orqan və toxumalarına təsir edir. 


1.Kəskin və xroniki pankreatit


Mədəatı vəzin xəstəlikləri içində birinci yeri tutur. Orqanın iltihabı ilə başlayır, fermentlər aktivləşərək orqanın üst qatına çıxıb, onu dağıdır.  Xəstəliyin yaranma səbəbləri çoxdur, yaş həddi tanımır: alkoqol, siqaret, travma, infeksiyalar, öd yollarının pozulması, həzm problemləri, iltihab, qidalanma.

Bu xəstəlik zamanı epiqastral nahiyədə küt ağrı, sancı, ürəkbulanma, qusma, öd qusma, nəcisin dəyişməsi baş verir. 


Müalicəsi ferment preparatları, dieta, zərərli vərdişlərdən uzaq durmaq, ağrıkəsici, iltihab əleyhinə dərmanlarla aparılır.  Ağır hallarda əməliyyat aparılır.


2.Mədəaltı vəzin xərçəngi


Bədxasəlli törəmə orqanın toxuma və ya axarlarında əmələ gəlir. Çox ağır onkoloji xəstəlik olub, ölümlə nəticələnir.

Xəstəliyə səbəb həddən artıq içki qəbulu, siqaret, narkotika, dərmanların çox qəbulu, yağlı, qızardılmış, quru yeməklər, qaraciyərin sirrozu. Xəstəliyi erkən mərhələdə aşkar etmək mümkün deyil, çünki kəskin əlaməti olmur. 


Xəstə zamanla arıqlayır, iştahı pozulur, zəifləyir, dəri və selikli qişada saralma olur.  Təəssüf ki, müalicə və əməliyyat yalnız 20% xəstədə 5 illik ömür proqnozu verir.


3.Mukovisçidoz


Genetik, irsi xarakter daşıyıb, vəzin xarici sekresiyanın pozulmasıdır. Uşaq və yeniyetmə yaşlarında  aşkar olunur. Vəzi normadan az ferment hasil edir, fermentlərin həzmə gücü yetmir, nəticədə öd mədəyə axır, qidaya qarışır, xəstə tez-tez qaytarır, bağırsaq keçməməzliyi yaranır. Xəstəliyin bir əlaməti də, bronxların zədələnməsi nəticəsində qatı bəlğəmli öskürəyin olmasıdır. Həzm traktı pozulduğundandan dalaq və qaraciyər böyüyür, qarında ağrılar olur. 

Bu xəstələr ömür boyu dərman qəbul etməli, xüsusi dieta saxlamalı, müalicəvi fiziprosedurlar, bronxoskopiya keçməlidir. 


4.Şəkərli diabet


Endokrin sistemin ən ağır xəstəliklərindən olan diabet məhz mədəaltı vəzidən qaynaqlanır. Xəstəlik maddələr mübadiləsini bütünlüklə pozur.  Vəzidə insulin hasilatı pozulur, qanda qlükozanın səviyyəsi artır. Tipik əlamətləri xəstənin ya arıqlaması, ya kökəlməsi, dəridə, ağızda, gözdə qurulur, daim susuzluq, çox sidiyə getmə, göbələk və bakterial xəstəliklərə çox yoluxma. 


Müalicəsi insulin, metformin, xüsusi dieta və yanaşı xəstəliklər üçün dərmanlardan ibarətdir.

Xəstəlik genetik də keçir.


5.Mədəaltı vəzin kistləri


Kistər otqanın daxili səthində əmələ gəlir. Həqiqi kistlər anadangəlmə olur, yalançı kistlər sonradan qazanılmış. Kistoz törəmələr zamanı vəzi ölçüdə böyüyür, mədədə, qarında ağırlıq hissi yaranır, sanki nəsə dartınır, küt ağrı olur. 


Kistlərin müalicəsi onların ölçüsünün böyüməsinə qarşı aparılır. Əgər müalicə fayda verməsə, əməliyyat olunur. Kistlər götürüldükdən sonra yenidən yaranma riski var. Xəstə xüsusi pəhriz saxlayır, antibakterial terapiya alır.

 



Mədəaltı vəzlə bağlı ən qorxulu xəstəlik Pankreonekrozdur.

Xəstəni qısa müddətdə öldürən, vəzin nekrozlaşaraq tamam məhv olmasıdır. Orqanın hüceyrələri tamam sıradan çıxır. Xəstədə sepsis yaranır, ağciyərlər, ürək patologiyaya qoşulur. 

 

 


 

Mədəaltı vəzin 5 təhlükəli xəstəliyi –  Əlamətlərə diqqət