Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəaltı vəzi xərçəngində yeni ümid: “Radioaktiv fosfor"

  • 2024.05.02 12:02
  • 858 Baxış
Mədəaltı vəzi xərçəngində yeni ümid: “Radioaktiv fosfor"
Son illərdə mədəaltı vəzi xərçənginə daha çox rast gəlinir. Buna görə də xəstəliyin diaqnostikası və müalicəsində yeniliklər tətbiq edilir. Son nailiyyətlər xəstəliyin müalicə ehtimalını əhəmiyyətli dərəcədə artırıb.

Medicina.az xəbər verir kİ, bu müalicə üsullarından biri də “Radioaktiv Fosfor (P-32)”dir.

Mədəaltı vəzi xərçəngi ən ölümcül və aqressiv xərçənglərdən biridir. Genetik səbəblər, siqaret, artıq çəki, şəkər xəstəliyi və yüksək xolesterin bu xərçəngə tutulmaq ehtimalını artırır. Mədəaltı vəzi xərçəngi çox vaxt heç bir əlamət olmadan bir anda inkişaf edir.

Bununla belə, “Radioaktiv Fosfor (P-32)” cərrahi müdaxilə üçün uyğun olmayan inkişaf etmiş mədəaltı vəzi xərçəngi zamanı xəstələrin həyatda qalmaq ehtimalını artırır. Bu zaman P-32 Endoskopik Ultrasonoqrafiyanın (EUS) köməkliyi ilə şiş toxumasına yeridilir.

Prof. Dr. Yaşar Çolak bugünkü texnoloji inkişafın mədəaltı vəzi xərçənginə erkən mərhələdə diaqnoz qoymağa imkan verdiyini ifadə edib.

Prof. Dr. Cüneyt Türkmen isə son bir neçə ildə Avropanın inkişaf etmiş ölkələrində, eləcə də Türkiyədə istifadə edilən Radioaktiv Fosfor (P32) tətbiqinin klinik nəticələri haqqında bunları deyib:

“Müalicədən sonra xəstəlik 90 faiz nəzarət alına bilib. Xəstələrin 1/4-də müalicədən sonra cərrahi rezeksiyanın aparılması mümkün olub. Eyni araşdırmanın nəticələrinə görə, xəstələrdə təxmini sağ qalma müddəti artıb".

Professorun sözlərinə görə, bu müalicənin ən böyük üstünlüklərindən biri onun şişə xas, məqsədyönlü müalicə üsulu olmasıdır.

“Bu, sağlam toxumalara və bədənin digər orqan və hüceyrələrinə zərər vermir”, - deyə Cüneyt Türkmen vurğulayıb.


Aysel