Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəaltı vəzi qorumaq üçün bunları etmək faydalıdır

  • 2020.04.22 11:50
  • 3247 Baxış
Mədəaltı vəzi qorumaq üçün bunları etmək faydalıdır
35 yaşdan sonra bir çox insanın mədəaltı vəzi problemi yaranır.

Hamımız özümüzə bu problemin yaranması üçün şərait yaradırıq. Məsələn, şam yeməyi üçün kəsmik əvəzinə qızardılmış toyuq yeyirik, dərisi ilə birlikdə və yaxud, işə günorta yeməyi aparmaq əvəzinə yaxınlıqdakı kafedən şaurma sifariş edirik.


Buna görə bir müddət sonra hər birimizə pankreatit diaqnozu qoyula bilər. Bunun qarşısını almaq üçün əvvəlcə qidalanma rejiminə əməl etmə, zərərli məhsulları rasiondan çıxarmaq lazımdır :arada özünüzə bayram edə bilərsiniz. Bunun üçün həm də profilaktika edin. Məsələn, detokslar içə bilərsiniz.

Zəncirotu və zəncəfil
Bədəndən toksinləri çıxaran antioksidanlarla zəngindir və kəpək dağıtması insulinin sərbəst buraxılmasına kömək edir və iltihab əleyhinə təsir göstərir.



Bir çay qaşığı zəncəfil tozu və zəncirotu götürün, üzərinə iki stəkan soyuq su tökün. Bir neçə dəqiqə dəmə qoyun. Səhər yeməyindən əvvəl və gün ərzində isti halda için. İki həftə qəbul edə bilərsiniz.

Tərəvəz qarışığı
Yaşıl bitki içkisi detoks üçün ən yaxşı seçimdir. Mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır və mədəaltı vəzi bərpa edir.


Bir-iki kərəviz sapı götürün və doğrayın. Xiyarın yarısı da kiçik hissələrə bölünür. Bir baş kələmdən bir-iki yarpaq qoparırıq. Hamısını blenderdən keçiririk və üzərinə bir stəkan su töküb qarışdırırıq. Bu suyu yemək əvəzinə içmək tövsiyə olunur - məsələn, günortadan sonra qəlyanaltı kimi. İstifadə müddəti iki, üç həftədir.



Quşüzümü
Pankreasdakı təzyiqi azaldır, təmizləyir və toksinləri aradan qaldırır.

İki stəkan suya iki xörək qaşığı töküb, 10 dəqiqə bişiririk. Bir stəkan səhər yeməyindən əvvəl, ikinci günortadan sonra içirik. İstifadə müddəti iki həftədir.