Mədəaltı vəzin iltihabi xəstəliyi olan pankreatit zamanı ciddi pəhriz saxlanmaldır. Xüsusi pəhrizdən öncə orqana dinclik vermək mütləqdir.
Ona görə də 5-6 gün aclıq pəhrizi saxlanılır. Pasiyent yalnız ilıq su içməlidir. Suyu da kiçik qurtumlarla içmək lazımdır. Mədəaltı vəzin bu müddət ərzində sakit qalması onun toparlanmasına yardım edir.
Medicina.az pankreatit xəstələri üçün pəhrizi təqdim edir:
- Duzlu, acı, turş, yağlı, qızartma, közdə bişmə, tünd, isti qidalar olmaz
- Şoraba, marinad, sous unudun
- Çox soyuq , çox isti olmaz
- Qazlı mineral su olmaz
- Duz çox az olmalıdır
- Qida duru, həlim, yüngül isti olmalıdır
- Tərəvəzlər sürtgəcdən keçirilib yeməklərə qatılmalıdır
- Manna,düyü, qarabaşaq, yulaf sıyıqları nəinki səhər, gün ərzində də yeyə bilərsiz
- Yağsız ət, balıq çəkilmiş farş şəklində suda və buxarda bişməli
- Təzə kəsmik, qatıq olar
- Təzə çörək olmaz: ancaq suxarı və bayat çörək yeməlisiz
- Şirniyyat, tort, şokolad, konfet olmaz- bal, doşab, zefir olar
- Banan, giləmeyvə olar
- Alma bişirilib yeyilməlidir
- Kisel, kəmşirin ilıq çay olar
- Süd olmaz
- Gündə az az 4-5-6 dəfə yemək lazımdır
- Kofe, kakao olmaz
- Paxlalılar, mərci, lobya, noxud olmaz
- Alkoqol, spirtli içki, pivə olmaz
Pankreatit ciddi xəstəlikdir, vaxtında müalicə olunmasa, insan xəstəxanaya düşür və əməliyyat oluna bilər