Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədəaltı vəz xərçənginə qarşı vaksin icad edilib

  • 2023.11.13 16:32
  • 1123 Baxış
Mədəaltı vəz xərçənginə qarşı   vaksin icad edilib

Xərçəng xəstəlikləri içində ən ağır forma olan mədəaltı vəzi xərçənginə qarşı yeni vaksin hazırlanıb.



"Medicina" xəbər verir ki, alimlər Poliinosin-polisitidil turşusunu (pIC) mədəaltı vəzi xərçənginə qarşı siçanlar üzərində sınayıb.



Bu araşdırmada suda həll olunan polietilenimin polimerindən istifadə edərək pIC-nin birbaşa şiş hüceyrəsinə çatdırılmasının mədəaltı vəzinin kanallarının adenokarsinoma hüceyrələrinin məhvinə imkan verdiyini sübut ediblər.

Preparat şişin böyüməsini 60% zəiflədir. Molekul, şişə hücum etmək üçün immun sistemini yenidən tənzimləyib.

Siçanlar üzərində sınaqlar uğurlu keçərsə, insanlar üzərində klinik sınaqlara başlanılacaq.


Aygün Musayeva