Mədəaltı vəzin xərçəngi çətin diaqnoz olunan, gecikmiş mərhələdə aşkar olunan xəstəlikdir. Onkoloji xəstəliklər içində ölüm faizinə görə liderdir.
Medicina.az xəbər verir ki, Böyük Britaniyada yeni testin kliniki sınaqlarına başlanılır, bu analizlə mədəaltı vəzi xərçəngini ən tez mərhələdə asanlıqla təyin etmək mümkün olacaq
Əgər kliniki tədqiqatlar uğurlu olsa, bu xərçəngin ilk sidik analizi olacaq.
Sidikdə mədəaltı vəzinin bioloji markerləri olan 3 spesifik zülal təyini 95% halda dəqiq diaqnoz qoymağa imkan verəcək