Kəsmik mədəaltı vəz və qaraciyərin sağlam fəaliyyətini bərpa edə bilər.
“Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina aylarla ağır qidalardan yüklənən bu 2 orqanın işini kəsmiklə yüngülləşdirməyin faydasından danışıb.
“Kəsmikdə olan metionin qaraciyərin aktiv işi üçün vacibdir.
Mədəaltı vəzi də bu maddəli qidaları sevir.
Hər iki orqan üçün dieta saxlayıb, ancaq bir müddət kəsmik yemək olar.
Rasiondan qızartma, hisə verilmiş, yağlı qidaları çıxarın, soyuq, qaynar yeməyin.
Eləcə də duz, istiot, şoraba olmamalıdır.
Yeməklər qarışıq yox, bir komponentdən ibarət olmalıdır. Bu zaman həzm sistemi istirahət edir, mədəaltı vəz dincəlir, qaraciyər təmizlənir”.
Aygün Musayeva