Pendiri hər hansı yağla birləşdirmədən, ayrı və az miqdarda yemək lazımdır.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Serqey Vyalovun sözlərinə görə, pendir tərkibində heyvani yağların miqdarı təxminən 50 faiz və ya daha çox olan bir məhsuldur.
Pendir həm də vitamin mənbəyidir: A, C, D, E, H, B qrupu. Bu süd məhsulunda çoxlu miqdarda protein, mis, sink, selen, kalsium, dəmir, kalium, selen var. Bundan əlavə, qiymətli amin turşuları ilə də zəngindir: triptofan, metionin, lizin.
“Pəhrizdə çox miqdarda yağlı qidalar mədəaltı vəzin vəziyyətinə mənfi təsir göstərir. Pendir də istisna deyil.
Pendiri sendviçdə kolbasa, ət, kərə yağı ilə birlikdə yemək mədəaltı vəzə zərbə vurur.
Belə qəlyanaltı orqanizmə böyük dozada xolesterin və triqliseridlər verir ki, bu da aterosklerozun inkişafına şərait yaradır”.
O, vurğulayıb ki, pendir gündə 1 dəfə, az miqdarda yeyilməlidir.
Mədəaltı vəzin işləməsi üçün yalnız səhərlər müntəzəm olaraq pendir və yağ yemək kifayət edir.
Günay Quluzadə