Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə yanmasına qarşı 7 effektiv müalicə – EVDƏ HAZIRLAYIN

  • 2019.05.10 16:23
  • 17984 Baxış
Mədə yanmasına qarşı 7 effektiv müalicə  – EVDƏ HAZIRLAYIN
 

 Mədə turşusunun yemək borusuna doğru qaçması nəticəsində yemək borusundan qırtlağa yönələn yanma turşuluq hissidir.

Bu, mədə yanması adlanır. Bu narahatlıq bəzən saatlarla davam edə bilir. Belə vəziyyətlərdə güclü müalicə lazımdır. Ənənəvi həll yolları təsirli olsa da, fərdlərə görə dəyişir.

 

 

 

Mədə problemlərinin dəqiq səbəbini bilmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Lakin probleminiz mədə turşumasıdırsa, Medicina.az-ın təqdim edəcəyi üsullar olduqca faydalıdır.

 

 

Əzvay və ya Aloe vera ilə qarışıq

 

 

 
Bu qarışıq bağırsaq yolu üçün olduqca faydalıdır. qıcıqlanmanı azaldır, mədədəki turşuluğu stabilləşdirir. Qastro-ezofageal reflyuks xəstəliyinin qarşısını alır. Tərkibi: • 1 Təzə xiyar • 1 Yaşıl alma • Yarım su stəkanı Əzvay şirəsi
• 2 stəkan su

 

 

Hazırlanma qaydası:

 

 
Xiyarı və yaşıl almanı kiçik parçalara bölün. Su və Aloe vera əlavə edib, blenderdə qarışdırın. Hər gün yeməkdən sonra 1 stəkan qəbul edin. Kartof suyu Kartofun tərkibində bol miqdarda nişasta, antioksidant maddələr və liflər var. Bu tərəvəz turşumadan yaranan narahatlığı əngəlləyir. Tərkibi: • 2 orta boy kartof
• 2 stəkan su

 

 

Hazırlanma qaydası:

 

 Kartofları yaxşıca yuyun. Daha sonra rəndləyib suyunu süzün. Əldə etdiyiniz suyun içinə biraz rəndlənmiş kartof da ata bilərsiniz. Bu qarışığı hər mədənizdə narahatlıq hiss etdiyinizdə istifadə edə bilərsiniz.

Çobanyastığı suyu və kətan toxumu

 

Tərkibində müxtəlif faydalı maddələr olan bu iki vasitə mədə narahatlığını nizamlayır.

 

 

Tərkibi:

 

 
• 1 çay qaşığı çobanyastığı • 1 yemək qaşığı kətan toxumu. • Dadlandırmaq üçün bal  bir çay qaşığı bal. Bananlı süd Banan bir çox mədə probleminə qarşı ən yaxşı vasitədir.
Tərkibi:

 

 
• 5 Banan • Yarım stəkan su • Yarım stəkan süd  Əvvəlcə bananı xırda-xırda doğrayın. Daha sonra südlə qarışdırıb, blenderdən keçirin. Qarışımı müəyyən müddət gözlədikdən sonra su əlavə edib, qəbul edə bilərsiniz. Ananas suyu  Ananas şirəsi o zaman faydalı olar ki, təbii halda suyunu özünüz çıxartmış olasınız. Bu tropik meyvə sidikqovucu xüsusiyyətə malikdir. Həzmi yaxşılaşdırır. Tərkibindəki bromelain maddəsi sayəsində insan yediyi yeməyi yaxşı həzm edir. Tərkibi: 1 Ananas
2 stəkan su

 

Ananasın şirəsini çəkib, su əlavə edib blenderdən keçirin. Mədə problemi zamanı hər gün qəbul etməkdə fayda var.

 


 

 Ayna Məmmədova

 Medicina.az
Mədə yanmasına qarşı 7 effektiv müalicə  – EVDƏ HAZIRLAYIN