Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə yanmasına faydalı olan ÜSULLAR

  • 2021.05.03 16:00
  • 2912 Baxış
Mədə yanmasına faydalı olan  ÜSULLAR
Üst qarın və ya sinədə rahatsızlıq, şişkinlik, qaz, yanma, yemək yeyərkən erkən doyma hissi və mədə bulantısı kimi problemlərin müxtəlif səbəbləri ola bilər.


Medicina.az mədə yanmasını azaldan üsulları təqdim edir:

Karbonat (Soda)

Karbonat mədə yanması üçün yaxşı çözümdür.
1 çay qaşığı karbonatı 1 stəkan suya əlavə edin. Tamamilə həll olunana qədər qarışdırın.
Qarışımı gündə 2 və ya 3 dəfə istifadə edin.

Probiyotiklər

Probiyotiklər bağırsaq və həzm sağlığına müsbət təsir edən “yaxşı” bakteriyalardır. Qatıq, müəyyən süd növləri, kefir, kələm turşusu, acı şokolad kimi qidaları yeməklə probiyotiklərinizi artıra bilərsiniz.

Turşu suyu

Turşu suyu sirkə ilə zəngindir, mədədə asid yaranmasının qarşısını almaq üçün alma sirkəsi ilə oxşarlıq təşkil edir. Turşu suyu çox yaxşı probiyotik qaynağıdır. Mədənizdə yaranan yanma hissini azaltmaq üçün turşu suyundan yararlana bilərsiniz. Yeməyinizi yedikdən sonra bir neçə yudum və ya 1-2 çay qaşığı turşu suyu içmək mədə yanması problemi ilə mübarizə aparmağınıza kömək edəcəkdir.