Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

narahatlıq, yoxsa ağır xəstəlik əlaməti? MƏDƏ YANĞISI:

  • 2019.02.15 15:20
  • 12441 Baxış
narahatlıq, yoxsa ağır xəstəlik əlaməti?  MƏDƏ YANĞISI:

Bir sutka ərzində bir neçə dəfə müşahidə edilən mədə yanğısı ciddi patologiyadan xəbər verir. Bu hal mədə şirəsinin həzm sisteminin neytral və qələvi mühitə malik hissəsinə düşməsi səbəbindən yaranır. 


Medicina.az bildirir ki, bu əlamət qida qəbulundan sonra, əsasən də gecə insan üfüqi vəziyyətdə uzandığı zaman meydana çıxır. Sağlam insanlarda mədənin girişində yerləşən dairəvi əzələlər möhkəm olduğu üçün onlarda bu cür hal yaşanmır. Nəticədə də döş nahiyəsində yanğı, ağrı, ağız boşluğunda pis dad meydana çıxır. Ağrının səbəbi qida borusunun epitel hüceyrələrinin yandırıcı mədə şirəsinin təsirinə məruz qalmasıdır. Qida borusunda qoruyucu selik əmələ gətirən vəzilər yoxdur. Yanğı hissi xəstənin narahatlığına səbəb olaraq həyat keyfiyyətini aşağı salır. Bundan əlavə yanğı hissi həzm sistemində olan bir çox patologiyaların də xəbərçisi ola bilər. 


Mədə yanğısının əsas səbəbi mədə şirəsinin qida borusuna qayıtması – reflüks və ya mədə şirəsində olan turşunun normadan çox olmasıdır.

 

Mədə turşuluğunun normadan yüksək olması qastritin yaranma səbəbidir. Xəstənin mədəsində yaranan yanğı hissi həmçinin də fizioloji vəziyyətdən, vərdişlərdən də asılı olaraq meydana gələ bilər. Bu sıraya qidalanma rejiminin kobud şəkildə pozulmasını da aid etmək olar. Rasionda  daxil olan həddən artıq yağlı, qızarmış, acı, şirin qidalar da yanğı hissinin yaranmasına səbəb olur.

 

Bundan əlavə bir sıra dərman preparatlarının qəbulu, hamiləlik, xroniki stress, alkoqol və siqaret istifadəsi mədə yanğısı meydana gətirir. 

Qeyd etmək lazımdır ki, mədə şirəsinin artıq olması turşunun təsir etdiyi nahiyədə şiş yaranmasına gətirib çıxara bilər.

 

Arzu

Medicina.az