Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə xorası xərçəngə çevrilir? - Həkimdən şok açıqlama VİDEO

  • 2020.12.10 10:58
  • 9676 Baxış
Mədə xorası xərçəngə çevrilir? -  Həkimdən şok açıqlama VİDEO

Xora xəstəliyi mədə və onikibarmaq bağırsağın ən çox rast gəlinən xəstəliyidir. Ahıl və qoca yaşlarda olan pasientlər, xüsusilə qadınlarda mədə xorası, cavan və orta yaşlı şəxslərdə xüsusilə 2 dəfə çox, kişilərdə isə onikibarmaq bağırsaq xorası meydana çıxır.

Medicina.az xəbər verir ki, xora - mədə və onikibarmaq bağırsaq divarının selikli qişadan başlayan dərin qüsurudur. Bir çox mütəxəssislər bu xəstəliyi mədə şirəsinin aqressiv təsiri nəticəsində (ilk növbədə HCl turşusu və pepsin nəticəsində) meydana çıxdığını bildirirlər. Xoranın ölçüləri 0.2 sm-dən 2-3 sm-ə qədər, dərinliyi isə orqan divarının tam enliyində ola bilər.

Yaranma səbəblərinə son dövrlərdə əsas səbəb kimi aşağıdakılar göstərilir:

1. Mədənin hipersekretor funksiyası (HCl turşusunun normadan artıq ifrazı)

2. Helicobacter pylori (H.P.) bakteriyası

3. Davamlı və ya uzunmüddətli qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu (aspirin, ibuprofen və s.)

Ətraflı videonu təqdim edirik: