Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə xəstələrinin sayı artıb – Müayinədə yeni metod

  • 2017.09.29 13:37
  • 19366 Baxış
Mədə xəstələrinin sayı artıb –  Müayinədə yeni metod
Son zamanlar mədə ağrısı ilə həkimə müraciət edənlərin sayı artıb. Mədə və mədəaltı vəzlərdə yaranan problemlərin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Həddindən artıq duzlu yemək, hazır qidalardan istifadə mövcud vəziyyəti daha da ağırlaşdırır.


Medicina.az-a açıqlama verən Terapevt- Qastroenteroloq  Mətanət Cəfərovanın sözlərinə görə, son illərdə  Qastrit, Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, Qastroezofagial reflüks xəstəliyi və virus hepatitdən əziyyət çəkən xəstələrin sayında artım müşahidə edilib.


Mədənin tam ətraflı müayinəsi endoskopik üsul ilə aparılır. Əksər insan isə bu müayinə növündən qorxur və imtina edirlər.

 

M.Cəfərovanın sözlərinə görə, artıq insanların qorxmasına ehtiyac yoxdur: "Vurğulamaq istərdim ki , hal - hazırdakı qastroskoplar əvvəlkilərdən çox fərqlidir. Hazırda bizim istifadə etdiyimiz qastroskopun diametri 6 mm - dir. Amma daha öncələr olanların diametri 12 mm və daha çox idi ki, bu da müayinəni keçən pasientə daha çox diskamfort verirdi. Üstəlik öyümə refleksi güclü olan pasinetləri müayinəni sedasiya ilə edirik ki , bu zaman da pasient tam yuxuda olur və müayinədən sonra çox rahatlıqla özü oyanır. Müayinənin gedişatından xəbəri olmur”.


Həkim mədə yoxlanışı zamanı istifadə edilən ən müasir metodlardan da bəhs edib.


 " 100 % - li və "qızıl " standard sayılan müayinə üsulu Fibroqastroduodenoskopiyadır. Bu müayinə zamanı bütün görüntülər diskə yazılır, hər hansı şübhə yarandıqda yerindəcə biopsiya almaq mümkündür. 


Xəstələr müayinədən sonra müəyyən müddət nəzarətdə olduqdan sonra evə buraxılırlar ( medikamentoz yuxu alan xəstələrə həmin gün avtomobil idarə etmək və digər diqqət tələb edən işlər görməmək tövsiyə olunur ) .” – deyə həkim vurğulayıb.


Pasiyentləri narahat edən məsələlərdən birinin də yoxlanış zamanı istifadə edilən alətlərin gigiyenik cəhətdən təmiz olub - olmamasıdır. Bu məsələyə də toxunan qastroenteroloq,  müayinədən sonra qastroskopların dezinfeksiya edildiyini, istifadə olunmuş alətlərin ( məsələn biopsiya maşaları ) isə sterilləşdirildiyini bildirib. 


Qeyd edək ki, xəstənin müayinə üçün əks göstərişləri yoxdursa, təcrübəli endoskopist-həkim tərəfindən düzgün aparılan qastroskopiya təhlükəsiz və orqanizm üçün zərərsiz müayinə üsuludur.

 

Şəhanə Quliyeva