Hazırda Azərbaycanda da geniş yayılmış mədə xərçəngi daha çox 55-70 yaş arasında xəstələrdə aşkarlanır. Amma 55 yaşında bir insanda mədə xərçəngi varsa, deməli bu şişə qədər o azı 10 il əvvəldən yol alıb. İlkin əlamətlər isə özünü şiş hələ kiçik ikən az da olsa göstərir.
Medicina.az ağır xərçəng növlərindən olan mədə şişlərinin səbəb və ilkin əlamətlərini təqdim edir.
Səbəblər çoxdur.
Alimlər bildirir ki, hazırda mədədə şiş xəstəliklərinin yaranmasının birinci səbəbi qeyri-düzgün, zərərli qidalanmadır.
-C vitamini az olan, antioksidant təsirli qidalar az yeyən insanlarda da bu ehtimal olur
-Eləcə də hisə verilmiş, qızardılmış, duzlu, istiotlu, zərərli ərzaqlar qəbul edənlərdə
-Mədəsində polip, xora, qastrit və aşağı turşuluq olanlarda da bu xoralar xərçəngə çevrilə bilir
İlkin əlamətlərə diqqət:
1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalıdır
2. 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, sanki nəsə qalmış hissi, iştahsızlıq ola bilər
3. Qan azlığı, anemiya
4.Çəkinin səbəbsiz itirilməsi
5.Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi
6.Tez doymaq və mədənin dolması hissi
7. Şiş böyudükcə mədə divarı rigidləşir, yəni elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərir
8. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir
9. Aşağı hissədə olan şiş yeməyin bağırsağa ötürülməsinin qarşısını aldıqda, xəstədə ürəkbulanma və yediyinin bir hissəsini qaytarma. Əgər bu proses sizdə ayda 4-5 dəfə olursa, təcili həkimə getməlisiz
10.Epiqastral nahiyədə ağrı, bəzən ağrı kürəyə vurur
11.Fontan qusma
12.Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s.
Diaqnoz
Mədə xərçəngi 1-si mərhələdən 3-cü mərhələyə kimi 4-6 ilə çatır. Əgər şiş 1-2-3 sm olduqda aşkarlansa, xəstəliyə qalib gəlmə şansı, uğurlu əməliyyat mümkündür.
Ən düzgün diaqnoz metodu qastroskopiya- zondla müayinədir. Daha sonra biopsiya olunur. Lazım gələrsə KT ilə yanaşı orqanlara baxılır.
Ailəsində, nəslində, yaxın qan qohumlarında bu xəstəlik olan insanlar 40 yaşından sonra 2-3 ildən bir mədə-bağırsağı dəqiq müayinə etdirməlidir.
Yaşama şansı
Bu barədə həkimlər dəqiq bir şey demir. Amma rəsmi tibb 1-2ci mərhələdə aşkarlanıb müalicə olunarsa, orta olaraq 7-10 il, 3-4-cü mərhələdə 3-5 il yaşama şansı olduğunu bildirir.
Amma təbii ki, ömrü Allah verir. O da ən düzgününü bilir. Bəzi xəstələr var ki, ağır mərhələdə əməliyyatdan sonra 5 ildən də artıq yaşayıb. 1-ci mərhələdə bir əməliyyatla 12-15 il də yaşayanlar çox olub.
Salam,men yemek yeyendede,su icendede kop olur,aradada agri olur kureyime vurur sanki medem sisir berkiyir. Bunun sebebi xerceng ola biler?
Son 2 ayda durdug yere et yemek istemirem.Bunun sebebi ne ola biler?
Medem keskin aqriyir. herden kop herden de ürəkbulanmalar olur.Yasim 52-dir.Neyləməliyəm.
Salam.mənim anamda da bu xəstəlik aşkarlanıb.onu eşidənnən özümə yer tapammıram.anamın 57yaşı var mənimsə 32.ona nəsə olsa dözə bilmərəm buna.Allah ata anaları qorusun.onlatsız bir günümüz olmasın
EVVELA HAMIYA ALLAHIN SALAMI OLSUN. Allah bütün xestelere şefa ölenlere rehmet qalanlara can sağlığı versin. Ölüm haqqdır. ALLAH gecinden versin. Heç kimi yer xestesi etmesin. Amin. Menim babamda bu xestelikden eziyyet çekirdi. Heç yaşadığı 10-15 gün çekmedi. Allah rehmet etsin. Dediyiniz bütün elametler var idi. Hele qızdırmada verirdi. İndi nenem eziyyet çekir bu xestelikden. Allah kerimdir. Bir günün yaranan bir günde vefat edir. Allah gecinden versin. Allahın özü bilen meslehetdir. Allah heç kimi kiçik yaşlarından anası ile atası ile bir sözle ailesinden imtahana çekmesin. Her şeyin yoxluğuna qatlanmaq olur amma ne valideyinin ne de ailesinin yoxluğuna qatlanmaq olmur. Allah heç kimi kiçik yaşlarından yetim qoymasın. Ailenizin valideyinlerinizin qedrini bilib onları sevin. Yaxşı ki bizim ailemiz valideynlerimiz var. men onları sevirem. sağ olun
Salam menim atamda mede xercenginen fefat etdi 5 aydi atam en ayi maksimum 9ay yasadi atamin vefatinan 5ay kecib rebbim butun olenlere rehmet etsin mekanlari cennet olsun men 31 yasindayam ve dediyiniz her elamet mendede var olumden qorxursan sualini verseniz tebikde xeyir hec bir canli olumsuz deyildir sevnrem cunki atam gedenen cox darxram yeni yuxumdada atam meni cagirmisdi allah her xesdeye sefa versin dosdlar qorxmayin olum haqdir Olum yox olmag deyildir yenden dirilmekdir Omru yazan allahdir teki rebbim herkese xeyirli olmeyi ve kefen geyinmeyi nesib etsin Efsuslar olsunki kefen her bendeyede nesib olmur bu yalanci dunyada mukafatimiz pul var dovlet oldugu kimi Kefende ebediyetin mukafatidir Kefenden qorxmayin teki rebbim biz bendelerini kefenle mukafatlandirsin
nolar cavab yZnda mene
bir il bunan önce yara xora olduğu askarlandı amma jec bir mualivr etmedm infi çox pisem burdaki elametderin hamdı varvsadece qusma yoxdu qanamq birde xercenh oıa bilermi
Mədəmdə polib var 0'4 sm sigaret ziyan edər?
Menim medemde yanma goyneme olur, qebizlik verir ne qeder yesemde doymuram. Her zaman gozum yemek axtarir sirniyyat qara cay cox yeyib icirem. Munkunse cavablandirardiniz evvelceden tewekkurumu bildirirem. Birde zehmet olmasa ev seratinde ne meslehet vererdiniz mede yanmadi ucun?
Men yemey yeyende medemn agrisi biraz kecur medeme catmamw acliq hissi yaranir ama iwtahim olmur qarnimda agri bowlug yaranir ele bilrem acindan olrem ama nese yemek istemrem xerceng olar ???