Yeni elmi araşdırma mədə xərçəngi yaradan konkret bakteriya ştammını aşkarlayıb.
Medicina.az xəbər verir ki, elmi işi Amerika Xərçəng Araşdırmaları Mərkəzi aparıb. Onlar mədə xərçəngi ilə mübarizə aparan bir qrup insanı müayinə ediblər. Məlum olub ki, EPİYA D geni olan 91% pasiyentlərdə xərçəng yaranıb.
Hələ ki, tədqiqatda 49 nəfər iştirak edib. Tezliklə daha çox sayda insanı əhatə edəcək tədqiqatda bu gen təsdiqlənərsə, mədə xərçənginə riskli olan pasiyentlərin öncədən məlum olması və diaqnoz olunması asanlaşacaq.
Əvvəlki elmi tədqiqatlar mədə şişini xora yaradan Helikobakteri pilori bakteriyası ilə əlaqələndirirdi.