Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə xərçəngini nə yaradır? – Əsas səbəb

  • 2023.11.20 20:51
  • 2211 Baxış
Mədə xərçəngini nə yaradır?  – Əsas səbəb

Son zamanlar geniş yayılan və gəncləşən mədə xərçəngi onkoloqları narahat edir. Mədə xərçəngini yeməklər yaradır, yoxsa insanda genetik mədə problemi olur?


“Medicina” xəbər verir ki, onkoloq Anton İvanov mədə xərçənginin xarici faktorlardan daha çox qaynaqlandığını bildirib.



“Burda insanın həyat tərzi və qidalanması rol oynayır.

Ya çox yemək, ya tez-tez zərərli qidalanma və ya uzun müddət ac qalmaq, dietalar və zərərli qidalar mədə divarını qıcıqlandırıb, zədələyir.

Əgər orqanizmdə, yəni mədədə Helikobakteri adlı mikrob varsa, o bu mühitdə daha da çoxalaraq, qastrit, ondan daha ağır xora və xərçəngin yaranmasına səbəb olur.

Amma heç də hər insanda bu bakteriya aktiv olmur, xərçəngə səbəb olmur.

Mədə xərçəngində bir tərəfdən bakteriya, digər tərəfdən mədə turşusunun divarı aşındırıb “yeməsi” mədənin immun müdafiəsini söndürür.

Əgər nəsildə mədə xərçəngi diaqnozu olubsa, risk 3 dəfə yüksəkdir. Bu həmin nəsildə ailə üzvlərindən bir-birinə Helikobakterinin ötürülməsini də göstərir”.


Aygün Musayeva