İnfarktın ilkin əlamətləri, mədə xorası və xərçəng xəstəliyinin ilk simtpomu kimi hesab edilə bilər.
Sankt-Peterburq həkimləri xəbərdarlıq ediblər ki, qidaların dadında, dilin rəngində və selikli qişanın vəziyyətində dəyişikliklər ciddi xəstəliklərin xəbərçisidir.
“Medicina” xəbər verir ki Sankt-Peterburq Dövlət Universitetinin Terapevtik stomatologiya kafedrasının professoru Lyudmila Ermolaevanın sözlərinə görə, burda əsas yük stomotoloqların üzərinə düşür. Onlar vaxtında ağız boşluğundakı dəyişiklikləri aşkar edərsə, xərçəng riskinin qarşısını almaq olar.
“Ağız boşluğunun toxumaları insanın daxili orqanları və sistemləri ilə sıx əlaqədədir, buna görə də ağız mukozasının zədələnməsinin böyük bir hissəsi daxili orqanların xəstəlikləri səbəbindən baş verir: Məsələn:
Mədə ezofagit refleksi xəstəliyi.
Xroniki qastrit.
Mədə və onikibarmaq bağırsağın zədələnməsi ilə peptik xora.
Enterokolit.
Mədə neoplazmaları.
Qaraciyərin xəstəlikləri, dilin rəngi sarı və ya sarı-qəhvəyi olduqda özünü göstərir.
Bundan əlavə dilin papillalarında dəyişiklik, dili tez-tez dişləmə, yeməyin dadında dəyişiklik, dodaqların künclərində çatlar, yanma, kistlər, tüpürcək vəzilərinin iltihabı, göyərmiş dodaqlar, qırmızı rəngə çalan dil, qırtlağın şişməsi və küt səs əlamətlərə daxildir”.
Günay Quluzadə