Hazırda yayılmasına görə ilk yerlərdən birini tutan mədə xərçəngi barədə həqiqətə uyğun olan və olmayan informasiya yayılır.
Medicina.az mədə xərçəngi barədə ən vacib informasiyaları təqdim edir:
-Deyirlər ki, qədimdə insanlar sağlam idi, xərçəng nədir bilmirdilər. Amma bədxassəli şişlər barədə faktlar hələ Neolit dövrünə gedib çıxır. Bizim eradan 3000 il əvvələ aid Misir mumiyalarında, Amerika hindularının qalıqlarında, bir çox qədim insan sümüklərində şiş əlamətləri tapılıb. Ən qədim tapıntı isə dinozavr onurğasında tapılan şiş qalığı idi.
Təbiblərin, kahinlərin qorxduğu bəd şişlər barədə yazılı məlumatlar Misir papiruslarında, vavilyon lövhələrində, qədim hind skriptlərində rast gəlinir. Hələ Hippokrat şişləri xoş və bəd növlərə ayırırdı və bütün bədənə yayıldığını bilirdi. Xərçəng xəstəliyindən Roma imperatoru Qaleriy, Bizans imperatoru Feodor, knyaz Vladimir ölüb. İnsanlıq tarixi yaranandan onkologiya var.
2. Bu gün dünyada 15 milyon mədə xərçəngi xəstəsi aşkarlanıb. Lider ölkələr Yaponiya, Rusiya, Çin, Koreyadır. Daha çox xəstə ölümünə də bu növ səbəb olur. Məsələn, 2016-cı ildə Rusiyada 38 000 xəstədən 30 000-i ölmüşdü. Şimali Qafqaz, Maqadan vilayəti də xəstələrin sayına görə liderdir. Azərbaycanda da hər il daha çox sayda mədə xərçəngi diaqnozu qoyulan insanların sayı artır.
3. Əlbəttə ki, mədə xərçəngi səbəbi dedikdə ilk növbədə qidalanma, ərzaqlar yada düşür. Amma Yaponiya, Çin kimi ölkələrdə bu xərçəngin yayıldığını nəzərə alanda demək olar ki, daha çox düyü yeyən xalqlarda bu risk artır. Rusiya, MDB dövlətlərində də çörək, un, kartof, nişastalı qidalar çox, meyvə-tərəvəz az yeyildiyindən risk çoxdur. Marinadlaşmış qidalar, duz, istiot, hisə verilmiş ət məhsulları, kolbasa, sosis, acılı yeməklər mədə xərçəngini yarada bilir.
Milli Koreya yeməyi Kimçi o qədər duzlu kələm və nitrat tərkiblidir ki, Koreyada mədə xərçəngi yaranmasına səbəb olan birinci qida kimi qeyd olunur.
Pakistanda duzlu çay içmək də qida borusu və mədə xərçənginə səbəb olur.
Qidalarda, hazır və ya bişmiş ərzaqlarda olan nitrat və nitritlərin çoxluğu kanserogen maddədir. Pivə, ədviyyatlar, viski, spirtli içkilər, duzlu qidalar, bol ədviyyatlı ət məhsulları orqanizmdə xərçəng yaranmasına səbəb olur.
4. Gündəlik yeməyində daha çox heyvan mənşəli yağlar qəbul edən insanların mədə xərçəngi olması yalnız bitki yağları istifadə edənlərə nisbədən 2,5 dəfə çoxdur. Çox miqdarda araq, içki, siqaret qəbul edənlər də öz yerində. Bu barədə beynəlxalq tibbi araşdırmalar aparılıb.
5. Eləcə də 1 yaşından az müddətdə ana südü yeyənlərdə də risk 3 dəfədən çoxdur. Bu onunla izah olunur ki, az ana südü yeyən uşaqlarda mədənin selikli qişası zəif olur və Helikobakteri onu tez zədələyir. Bu da sonda xərçənglə nəticələnir.
6. Sarımsaq əkilən, becərilən, əhalisi daha çox sarımsaq yeyən Cənubi Asiya ölkələrində mədə xərçəngi azdır. BU da sarımsağın mədə xərçənginin qarşısını aldığı fikrini ortaya atır. Amma bunu sübut edən geniş araşdırmalar yoxdur.
7. Mədə xərçənginin infeksiya mənşəli olması 1926-cı ildə Nobel mükafatçısı Fibiger tərəfindən sübut olunub. Daha sonra 1983-cü ildə Helikobakteri Pylori bakteriyası kəşf edildi. Bununla da xoraların antibiotik müalicəsi effekt verdi. Hazırda da Helikobakteri müalicə olunmasa, xoralar gələcəkdə xərçəngə çevrilə bilir. Digər infekisya agenti Epşteyn Barr virusudur. Yer üzünün 80% i bu virusu daşıyır.
8. Mədə xərçəngi önü xəstəliklər atrofik qastrit, xoralardır, adenomatoz poliplər, anemiya, Menetrie xəstəliyi, mədə rezeksiyası keçirmək, hiperplastik qastritdir. Sağalmayan, xroniki mədə xoraları xərçənönü xəstəlikdir.
Bu qrup pasiyentlər ildə 1 dəfə skrininq müayinədən keçməlidir. Endoskopik skrininq 40 yaşından sonra mütləq aparılmalıdır. Çünki mədə xərçəngi məhz bu yaşdan sonra aktivləşir.
9. Mədə xərçənginin genetik faktoru da şübhə altındadır. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.
10. Mədə xərçəngini çox erkən mərhələdə yaxalamaq mümkündür. Ezofaqoqastroduodenoskopiya ilə biopsiya ilə diaqnoz qoyulur. Müasir endoskoplar 115 dəfə böyüdücü optikaya malik olduğundan, hətta 3 mm olan şişləri də görmək mümkündür. İnnovasiv metod – lazer endoskopiyası ilə 1000 dəfə böyüdülmüş ölçüdə 30-50 şiş hüceyrə qruplarını görmək olur.
Azərbaycanda da Rusiyada olduğu kimi erkən diaqnostika faizi çox azdır. Bunun səbəbi kimi əhalinin ildə bir dəfə skrininqinin aparılmamasıdır. Xəstə artıq mədəsində şiş böyüyüb, həzmə mane olub, ağrı verəndə, yediyini qaytaranda endoskopiyadan keçir. Yuxarıda yazılanları oxuyub, özünü sığortalamaq istəyirsizsə, 35 yaşından sonra 2 ildən bir mədənin endkoskopik müayinəsindən keçin. O zaman müalicə olmaq şansınız yüksəkdir.