Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə xərçəngi aşkarlanan jurnalist həyatı barədə proqnoz verdi

  • 2020.06.09 17:12
  • 2134 Baxış
Mədə xərçəngi aşkarlanan jurnalist həyatı barədə proqnoz verdi



ABC11 telekanalının jurnalisti Maykl Perçikə mədə xərçəngi diaqnozu qoyulduqda, o sosial şəbəkədə özü ilə bağlı açıqlama verərək, gələcəyinin xərçənglə bağlı olmayacağı barədə proqnoz vermişdi.

“Mən ümumiyyətlə, yaxın gələcəkdə bir xərçəng xəstəsi olaraq həyata davam etməyəcəm, buna əminəm” deyə o yazmışdı.

Medicina.az xəbər verir ki, 28 yaşlı müxbir sonradan müalicələri barədə heç bir video və açıqlama verməyib. Sadəcə bunu qeyd edib ki,mən 4 ay sonra 28 yaşıma xərçəngə qalib gəlmiş kimi keçəcəm.

Bir çox insanlar onu dəstəkləmiş, mədə xərçənginə qalib gəlmiş xəstələr öz həyat hekayələrini paylaşmışdılar.
Nəhayət iyunun 5-i jurnalist yeni status yazdı: “Mən haqlı çıxdım. Xərçəng yoxdur”.

Bununla da o, sağaldığını bəyan etdi. Post 1,5 milyon izləyici tərəfindən bəyənilib.