Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə stresdən necə ağrıyır? – Müalicəsi

  • 2023.11.24 21:51
  • 2466 Baxış
Mədə  stresdən necə ağrıyır?  – Müalicəsi
Çox zaman mədə müalicəsi ilə qastroenteroloq yox, psixiartr məşğul olur.


Bu da təsadüfi deyil. Çünki mədənin səbəbi stress olur. Bu zaman təşviş əleyhinə, antidepressant, psixoterapiya aparılır.


“Medicina” xəbər verir ki, həkim Aleksey Paramanov dispepsiya, qıcqırma və hətta qastritin stresdən yarana biləcəyini açıqlayıb.

“Demək olar ki, mədə problemi və ağrısının əsas səbəbi elə stress və əsəbdir.

Xəstə elə düşünür ki, mədədə, qarının yuxarısında ağrı varsa, həkim mütləq qastrit, öd problemi, pankreatit diaqnozu deyəcək.

Əslində isə bu qastrit ağrısı yox, funksional dispepsiyadır.

Qastrit də ciddi xəstəlikdir, müalicə olunmalıdır. Amma mədənin üst qatında yerləşən yara ağrı reseptorlarına toxunmur.

Funksional dispepsiyada mədə reseptorları mədənin içində baş verən bütün prosesləri beyin üçün toplayıb göndərir və biz birdən ürəkbulanma, ağrı, ağırlıq, müxtəlif simptomlar hiss edib daha da narahat oluruq.

Adətən bunun səbəbi güclü stress, təşviş, depressiya, yuxu pozulması, yorğunluq olur.

Streslə mədə bir-birinə çox bağlıdır. Ona görə belə halda mədə dərmanları fayda etmir, bu zaman nevroloji müalicə lazımdır”.


Aygün Musayeva