Azərbaycanda el arasında yayılmış xəstəliklərdən biri də " mədə sallanmasıdır”. Az qala hər kəs özündə mədəsinin ağırlaşması, sanki aşağı doğru sallanması, dartılma kimi simptomlar hiss edir.
Medicina.az xəbər verir ki, əslində belə bir patologiya tibbdə Qastroptoz adlanır. Bu zaman mədədə insan uzanmış vəziyyətdən ayaqüstü və oturaq vəziyyətə keçdikdə ağrılar olur, avtomobildə gedərkən silkələndikdə daha çox hiss olunur və ay qarına təzyiq etdikdə mədənin normal yerinə qayıtması ilə əlaqədar ağrı sakitləşir.
Mədə bağlarının boşalması nəticəsində mədədə bir çox pozğunluqlar baş verir. O öz yerindən aşağı doğru xeyli uzanır. Hətta elə xəstə var ki, onda mədə gəlib çanaq boşluğuna kimi çıxır.
Qastroptozun səbəbləri:
-İrsən, anadangəlmə əzələ və bağları zəif inkişaf etmiş insanlar
-Hamiləlik, ağır doğuş
-Cərrahi əməliyyatlar
-Ağır əşya qaldıranlar, yük daşımada işləyənlər
-Hədddindən çox yemək, qazlı içkilər
-Tez-tez pəhriz saxlayıb sonra birdən yemək
-Qadınlarda qarın əzələləri və bağları zəif olduğundan mədə sallanması daha çox baş verir
-Artıq çəkili insanlar
Əgər ağrılar kəskinləşibsə, sizdə bəzi qidalara ikrah hissi yaranıbsa, çox yedikdə yalnız uzandıqda rahatlıq tapırsızsa, deməli, sizdə mədə sallanmasının orta və ağır dərəcəsidir. Mədə sallanması zamanı köp, qəbizlik, ürəkbulanma, mədədə ağırlıq əlamətləri də olur.
Diaqnoz və müalicəsi
Bu xəstəliyin diaqnostikası asandır, terapevt və ya qastroenteroloq USM və əllə müayinə zamanı təyin edə bilər. Amma dərmanla müalicəsi yoxdur.
Yalnız massaj, pəhriz, xüsusi idman hərəkətləri lazımdır. Ağır hallarda xüsusi bandajın, korset taxılır. Daha ağır formalarda əməliyyat edilir.
Azərbaycanda bir çox türkəçarəçilər mədə sallanmasını mədə çəkmə üsulu ilə təklif edirlər. Əgər bu qədim metodu həqiqətən bilən insan edirsə, həmin an mədəni bir qədər yerinə qaytara bilir və qarını üstdən möhkəm bağlayıb sıxır. Amma bu metod ağır, çox sallanmış, bağları həddən artıq zəif olan mədələrdə effekt vermir. Çəkildikdən 1 ay sonra yeni eyni vəziyyətə qayıdır.
Naturopat Füzuli Hüseynov belə bir metodu təklif edir:
- Xəstə arxası qatda uzadılır, adi günəbaxan yağı ilə yavaş-yavaş mədə nahiyyəsi altdan yuxarı yarım saata yaxın masaj edilir və sonra xəstə qarnın bacardığı qədər içəri cəkir və həkim isə bərk-bərk bağlayır və 2 saata yaxın bağlama qalmalıdır, çox saxlasa daha yaxşı. Bu müalicəni 2 həftə gündə bir dəfə edə bilərsiniz.
2. Heyva meyvəsinin şirəsini çəkib için. Bunun mədə sallanmasına xeyri yoxdur, xeyri şirə alınandan sonra əmələ gələn tullantısıdır. Deməli, həmin tullantı 1 stəkan götürülür, üzərinə 2 xörək qaşığı adi xına əlavə edib suda 5 dəqiqə bişirilir, sonra palıd qabığı tozu əlavə edilərək lapa formasını alınana qədər yoğrulur və sonda mədə üzərinə qoyulub bağlanılır.
Məndə mədə kiçik çanağa qədər sallanıb həkim dedi hamilə qalsan yığılacaq və hamiləyəm yığıma ehtimalını bilmək istirəm