Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə qıcqırması və göynəməsinin müalicəsi - VİDEO

  • 2020.06.23 20:48
  • 5114 Baxış

Normada qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur.

Qida mədəyə daxil olan bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa qida borusu və mədəni ayıran qapaq deyilir. Bəzən qapaq mexanizminin yetərsizliyi nəticəsində mədənin turş möhtəviyyatı qida boruna keçir və onu zədələyərək iltihab törədir. Mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova xəstəliyin əlamətləri və müalicə üsullarıyla bağlı şəxsi Yutub kanalında izləyicilərinə məlumat verib.

Həmin videonu təqdim edirik.