Yanğı hissi, mədədə qıcqırma adətən, Qastro-ezofageal- reflüks xəstəliyi (QERX) ilə əlaqədardır.
QERX -xroniki, residivləşən xəstəlik olub, mədə möhtəviyyatının qida borusuna atılması- qastroezofageal reflüks (QER) ilə əlaqədardır.
Reflüks uzun müddət davam edərsə, Qastro-ezofageal- reflüks xəstəliyi (QERX) yarana bilər. Bu xəstəlik özlüyündə qida borusunun xərçənginə qədər gətirə bilir.
Qastroezofageal reflüks xəstəliyinin əlamətləri:
Körpə uşaqlarda həyatın ilk aylarında əsasən qaytarma olur. Qaytarma əsasən yeməkdən sonra, horizontal vəziyyətdə baş verir. Əgər qaytarma daha tez-tez, çox miqdarda olarsa, bu uşağın nutriyent çatışmazlığı və çəki itkisinə səbəb olar. Adətən uşaq böyüdükcə qaytarmanın intensivliyi azalır və 1 yaşda, demək olar ki, öz-özünə keçir. Ancaq 1 yaşa qədər olan intensiv qaytarma uşağın inkişafına təsir edir və bəzən fəsadlarla müşayiət olunur.
Böyük yaşlarda adətən hava ilə gəyirmə və ya gəyirmə zamanı acılıq, turş dadın olması, requrgitasiya nəticəsində balışda ləkələrin olması müşahidə edilir. QERX zamanı ezofagit inkişaf edə bilir. Bu zaman əsas şikayət mədə qıcqırması olur ki, bu da əsasən çox yağlı, qızardılmış xörəklər, qəhvə, qazlı içkilərdən sonra, həddən artıq qida qəbul edəndə olur. Bundan başqa ağrılı udma, döş sümüyü arxasında ağrı müşahidə olunur. Bu ağrı çox vaxt ürək nahiyəsi, boyun, kürək arası nahiyəyə ötürülür. 1 yaşa qədər uşaqlarda ezofagit Sandifer sindromuna səbəb olur və onların ciddi narahatlığına gətirir.
Eroziv-xoralı ezofagit qusmaya, xroniki qanitirməyə və dəmirdefisitli anemiyaya səbəb olur. QERX-yi öskürəyə, apnoyeyə, tənəffüs yollarının obstruksiyasına, aspirasion pnevmoniyaya, laringitə, faringitə səbəb ola bilər.
Bundan başqa uzun müddət davam edən QERX qida borusunun peptik xorası, strikturasına (daralmasına), qanaxmaya, perforasiyaya səbəb ola bilər.
Uzun sürən ezofagit Barret xəstəliyinə və ya uzun müddət davam edərsə, hətta xərçəngə səbəb ola bilər. Şikayətləri olan pasiyentlər mütləq həkimə müraciət etməli və müalicə almalıdırlar. Endoskopiya- qida borusu daxili pH-ın gündəlik monitorinqi QERX-nin diaqnostikasında “qızıl standart”dır.
QERX- in müalicəsinə qidalanma və həyat tərzinin korreksiyası ilə başlanılır.
Çox yeməkdən qaçmaq və gecə yeməmək
Yeməkdən 1.5-2 saat keçməmiş yatmamaq və əyilərək iş görməmək, yemək yeyərkən və həmin sonra su içməmək
Qida borusunun aşağı sfinkterini zəiflədən qidaları məhdudlaşdırmaq (yağlar, qızardılmış qidalar, qəhvə, inək südü, qlütenli qidalar, şokolad, sitrus meyvələri, tomat, bolqar bibəri, təzə sogan, turp)
Siqareti tərgitmək
Çarpayının baş hissəsi ayaq hissəyə nisbətən 10° yüksək olmalı
Sıxıcı toqqa taxmamaq
Qida borusunun aşağı sfinkterini zəiflədən preparatlardan qaçmaq (xolinolitiklər, sakitləşdiricilər, trankvilizatorlar, β- blokatorlar, kalsium kanalının ingibitorları, teofillin, nitratlar və s.)
QERX- də Biotənzimləyici preparatlar olan Gastricumeel və Nux vomica – Homaccord effektiv təsir göstərir. Almaniya istehsalı olan, aşağı dozalı, çoxkomponentli və çoxhədəfli Gastricumeel və Nux vomica – Homaccord preparatları mədə-bağırsaq traktının motorikasını yaxşılaşdırır, iltihabı, spazmı aradan qaldırır, mədə turşuluğunu tənzimləyir, mədə selikli qişasının turşuya davamlılığını artırır, meteorizmi, köpü aradan qaldırır, xelatlaşdırıcı təsir göstərir, qaraciyərin detoks funksiyasını yaxşılaşdırır, prokinetik təsir göstərir.
Təbii tərkibli, aşağı dozalı preparatlardır. Zərərli təsiri yoxdur. Hər yaşda istifadə oluna bilər.
Həkiminizlə məsləhətləşməyi unutmayın.