Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə qazından necə xilas olmaq olar? - Əlamətləri

  • 2018.04.30 12:29
  • 38868 Baxış
Mədə qazından necə xilas olmaq olar? -  Əlamətləri
İnsanlar bəzən çox yeməkdən və ya soyuqdəymə səbəbilə mədədə qazlar yaranır. Mədə qazı isə vücudda şiddətli ağrılar və şişkinlik hissi yaradır.


Mədə qazından necə xilas olmaq olar?


İlk olaraq qeyd edək ki, mədə qazı həzm sistemi ilə onikibarmaq bağırsağına qədər olan qismində yaranır. Mədə qazının yaranmasının əsas əlamətləri, yemək sonrası şişkinlik, hərəkət zamanı qaz çıxarma, yemək sonrası bulantı hissi, mədədə gərginlik hiss edilməsi ilə özünü göstərir.


Mədə qazı çöldən udduğumuz hava, qastrit, yediyimiz yeməklər ilə yaranır. Həmçinin sürətli yemək, yediyi zaman danışmaq, stress mədəyə hava dolmasına səbəb olur. 


Bu zaman həkimlər tərəfindən uyğun dərman müalicəsi yazılır. Dərmanlar vasitəsilə kiçik olan qazlar bir araya gəlir və asanlıqla çıxarılır.


Əgər yeməkdən sonra qaz probleminiz yaranarsa, 1 saat qədər təmiz havada yeriyin. Qarın və bel nahiyyənizə isti su torbası qoya bilərsiniz.