Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə qastritini müalicə etməsəz nə baş verir – XƏBƏRDARLIQ

  • 2020.11.09 16:40
  • 6050 Baxış
Mədə qastritini müalicə etməsəz nə baş verir  – XƏBƏRDARLIQ

Mədə yarası bildiyiniz qastriti aşkarlayan kimi vaxtında müalicə etməsəniz, o gələcəkdə ciddi xəstəlik, mədə xərçənginə, atrofiyaya səbəbola bilər.


Medicina.az xəbər verir ki, həkimlər qastritin müalicəsini təxirə salmağın fəsadlarından danışıb.
Bu xəstəlik vaxtında aşkar olunmalıdır.


Qastrit mədə selikli qişasının iltihabi xəstəliyidir. başlanğıcda ağrı vermir, amma sonradan ağrı, yanma, ürəkbulanma verir.


Xəstələr səhər acqarına ağrı, ürəkbulanma, qusmaya meyillilik hiss edir.
Qastrit asan müalicə olunur.


Ümumiyətlə mədə yaraları vaxtında müalicəyə tabe olur, yetər ki, xəstə həkimin məsləhətlərini vaxtında dəqiq etsin.


- Səhər oyanan kimi ilıq adi su içmək

- Ağırlıq qaldırmamaq, çox əyilməmək, ağır iş, idmanı təxirə salmaq
- Xüsusi dietaya əməl etmək – acı, isti, soyuq, şirniyyat, zərərli içkilərdən uzaq

- Konserv, kolbasa, sosis, qızartma, şoraba, ağ çörək, çiy meyvələrdən uzaq durmaq
- Dərmanları qəbul etmək

- Siqaret olmaz, xüsusilə ac qarına

Xroniki formaya keçən qastrit gec və çətin sağalır, ömrünün acırına kimixəstəyə əziyyət verir.

Daha sonra mədə və 12 barmaq bağırsağın xorası əmələ gəlir.

Xora qanaya bilər, xəstə şoka girər

Xora sonradan mədə xərçənginə çevrilir


İlk simptomlar hiss olunan kimi qastroenteroloqa getməli, zondla mədə yoxlanmalı, dərhal müalicə və dietaya başlanmalıdır