Mədəsində qastrit, xora olanlar üçün bir nömrəli müalicəvi qida yulafdır.
“Medicina” xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova yulafın xəstə mədə üçün faydasından danışıb.
“Qastrit zamanı mədə selikli qişası üçün aqressiv qidalar menyudan çıxarılır. Xəstə məhdud qidalanmada qalır, nə yeyəcəyini bilmir.
Yulaf qastritdə əsas dietik qidadır. Bu qida mədə divarının bərpasına kömək edir.
Çünki divarı örtüb, onun zərif toxumasını həlim kimi əhatə edərək müdafiə qatı yaradır.
İltihabın artmasının qarşısını alır.
Yulafda A, K, E, B vitaminləri, dəmir, kobalt, ftor, kalsium, maqniy var. Onlar toxumanın daxili qatını möhkəmlədir.
Qastrit zamanı yulafı ciddi şəkildə, normal miqdarda yemək lazımdır. Bu sutkaya 200 qramdır.
Marketlərdə qutularda satılan hazır sıyıqlardan uzaq durun. Təbii yulafdan təzə hazırlanmış qida yeyin.
Yulaf həmçinin xolesterini azaldır, damarları təmizləyir.
Qəbizliyin qarşısını alır. Lif tərkibi ilə bağırsaqları detoks edir.
Qaraciyəri qoruyur, təmizləyir”.
Aygün M