Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə problemi, həzm pozğunluğu üçün - Detoksikasiya

  • 2024.06.18 17:35
  • 1232 Baxış
Mədə problemi, həzm pozğunluğu üçün   - Detoksikasiya


Funksional mədə-bağırsaq pozulmaları, ilkin tibbi yardım həkimləri tərəfindən ən çox rast gəlinən mədə-bağırsaq problemləridir və hər yaşda olan milyonlarla insana - kişilər, qadınlar və uşaqlarda rast gəlinir.

"Medicina" xəbər verir ki, bu pozulmalar əsasən ürəkbulanma, qusma, qaytarma, qarında sancı, qəbizlik , iştahasızlıq, köp və s. ilə biruzə verir. Bir çox hallarda bu pozulmalar haqqında çox şey naməlum olaraq qalır və üzvi xəstəliyin heç bir sübutu olmur.


Funksional mədə-bağırsaq pozulmalarında kiçik dozalı, geniş təsir spektrinə malik, biotənzimləyici Nux vomica-Homaccord preparatının effektivliyi tədqiqatlarla sübuta yetirilmişdir.

Funksional həzm pozğunluqları,ürəkbulanma, köp, qəbizlik (spastik qəbizlik), nikotin, spirt və ya kofein qəbulu nəticəsində yaranan mədə-bağırsaq simptomlarını aradan qaldırmaq üçün istifadə edilə bilər.


Nux vomica-Homaccord bağırsaq funksiyasını normallaşdırır, bu səbəblə bədənin detoksikasiyasında mühüm rol oynayır. Lymphomiozot-la (hansı ki, limfa axınını tənzimləyir) və Berberis-Homaccord-la (qaraciyər və böyrəyin funksiyasını yaxşılaşdırır) kombinasiyası dünya səviyyəsində effektiv detoksikasiya terapiyası kimi tətbiq edilir.

Detoksikasiya terapiyası 6 həftə aparılır.