Hazırda bir çox insanlara diaqnoz olunan mədə nevrozu əslində ağlabatan diaqnoz kimi görünmür. Axı mədənin hissiyatı, beynimi var ki, nevroz da olsun.
Hazırda digər mədə xəstəlikləri ilə qarışdırılan, çox rast gəlinən və köp, mədə üçün olan dərmanlarlar müalicə olunmayan mədə nevrozu nevroloji problemdir və nevroloqların sahəsibə daxildir.
Medicina.az mədə nevrozunun səbəb və əlamətlərini təqdim edir.
Mədə nevrozu dediyimiz kimi sıradan və mürəkkəb mədənin fizioloji xəstəlikləri ilə bənzərdir.
Əlamətləri:
-Epiqastral nahiyədə və qarında gəzən ağrı
-Mədədə ağırlıq hissi
-Köp,gəyirmə,turşulu hıçqırma
-Sanki yanğı hissinin olması
-Döş sümüyünün arxasında diskomfort, sıxıntının olması
- Qəbizlik və ya ishalın olması
- Gecələr bu şikayətləri artması nəticəsində yuxusuzluq;
Sağlam adamda bu şikayətlər olmamalıdır. "Mədə nevrozu" dedikdə,"mədənin diskinetik tipli funksional dispepsiyası"nəzərdə tutulur.Bu xəstəlik stress, psixi -emosional gərginlik,əqli yorğunluq, uzun müddət düzgün qidalanmama nəticəsində inkişaf edir. Xəstə tünd çay,kofe qəbulu,siqaret çəkdikdən sonra kəskinləşə bilər
MÜALİCƏSİ
Mədə nevrozu müalicəyə yaxşı tabe olur. İlk növbədə sinir sisteminin tipi müəyyən edilir. Fiziki və emosional gərginlik minimuma endirilir, pəhriz təyin olunur.Gündəlik pəhriz yeməklərinə pendir, kişmiş və quru meyvələr əlavə olunur: bu,sinir sisteminə müsbət təsir edir. Mədə nevrozunun terapiyasında dərman preparatları ilə yanaşı müalicəvi dərman bitkilərinin(nanə,çobanyastığı,və s.) dəmləmələrindən də geniş istifadə olunur.
Müalicəni qastroenteroloq və nevroloq birgə aparır.
Daha çox kişilərdə rast gəlinən bu problem hazırda gənclər arasında da yayılıb
Menim medemde köp olur. Kuryime aqri vurur. Əsəbləşən kimi aqri medemde iynə kimi herden batır. Biraz yemek yeyen kimi köp olur
Salam.Mən əsəbləşən kimi mədəm kopür, bədənim şişib nağaraya dönüb.Nə edim? Şişkinlik o dərəcəyə çatır ki, nəfəs almaq çətinləşir.Yardım edin, zəhmət olmasa.
hekim ne yeyirem tualete gedirem muveqeti neyniye bilerem?
salam hekim baxislayin eziyet verirem soz sorusum ne yeyirem tualete gedirem bilmirem neynim
Salam aleykum mənim hər gün medem köp olur və ağrı verir hətta ağrı kürək nahiyeme də vurur adi Sudan çaydan belə köp və ağrı şiddətlənir çox narahatam nə etməliyəm?
Salam mende hec bir agri kop yoxdur.Sadece siixib buraxir sanki bir iki saniyelik Sanki xos olmayan adami gordukde xosa gelmeyen hal keçirdirik kimi bir hal olur mende gun erzinde 15 -20 defe olur bu hal oz ozune
İyrimi ilə yaxındı mədə problemlərindən əziyyət cəkirəm.Bu vaxta qədər getdiyim həkimlərdən hec bir şəfa tapa bilmədim.Mədə bağarsaq xəstəliklərini dərindən bilən həkim axtarıram.Bilən varsa yazsın.
Qəbələ
Məndə köp olur tez tez hicqirma olur və birdə çətin nəfəs alıram demey olar 3ve 4defeye nəfəs alıram elə bilki bilmirəm medemin altındadı yoxsa od kisəsi deyilən yerdimi dəqiq bilmirəm nəfəs almaqda çətinlik çəkirəm
Nece mualice alimki sagalim