İnsanlarda daha çox mədə koronavirusu aşkarlanırPandemiyanın üçüncü dalğasında pasiyentlərdə koronavirusun daha çox mədə forması rast gəlinir.
Medicina.az xəbər verir ki, bunu Sankt Peterburqdan qastroenteroloq Yuliya Kovovina bildirib.
Mədə koronavirusu Covid infeksiyasının daha çox həzm sistemini zədələməsi ilə xarakterizə olunur.
“İnfeksiya mədədən tutmuş bağırsaqlara kimi selikli qişalarda yığılır. Mədə koronavirusunun əlamətləri klassik, qripə bənzər variantdan fərqlənir. Bu zaman hərarət, öskürək olmur. Ağciyərlər az zədələnir.
Ona görə həkim və xəstələr tərəfindən koronavirusa yoluxma kimi dəyərləndirilmir. Halbuki bu xəstələr də analiz versələr koronavirus aşkarlanacaq.
Mədə koronavirusunda mədədə ağrı, sancı, reflüks, bulanma, göbək aşağısında ağrı, köp, qusma, ishal yaranır.
İştahsızlıq olur. Əgər xəstədə sidik və öddə daş varsa, bu kəskinləşir.
Xəstənin təzyiqi yüksələ bilər, səhərlər qaytarma refleksi olur, öyüyür, amma qusmur”.