Mədə yanmasına qarşı qıcqırma əleyhinə (izjoqa) dərmanları ürək və təzyiq xəstələri üçün təhlükəli ola bilər.
“Medicina” xəbər verir ki, məşhur aparıcı Yelena Malışeva bu dərmanların tərkibində natriumun çox olmasından danışıb.
“Natrium orqanizmdə suyu tutub saxlayan bir maddədir və bu, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Təzyiqi olan xəstələrin gündəlik natrium miqdarı normal insanlardan 2 dəfə az olmalıdır.
Təzyiqiniz varsa, yalnız tərkibində natrium olmayan məhsullar qəbul edin. Mədə qoruyucu dərmanlarda isə bu maddə var.
Eləcə də oynaq ağrılarını kəsən dərmanlar da təzyiqin nəzarətsiz yüksəlməsinə səbəb olan amildir”.
Aygün Musayeva