Son zamanlar mədə-bağırsaq xəstəliklərinin ən ağır formalarının yayılması ən müasir aparatlarla endoskopiya və kolonoskopiya müayinəsini qaçılmaz edir.
Əvvəl geniş yayılmış rentgen çəkimi artıq əhəmiyyətini azaldıb. Çünki zondla müayinədə əgər mədə və bağırsaqda polip, hər hansı şiş və ya iltihab ocağı aşkar olunarsa, həmin an biopsiya materialı götürmək mümkün olur. Endoskopiya həkimə mədə və on iki barmaq bağırsağı "əlinin içi” kimi aydın və öz gözü ilə görməyə imkan verir.
Polip, xərçəngin erkən mərhələsi, eroziya, atrofiya, xora, kron xəstəliyinin erkən mərhələdə tapılması üçün endoskopiya müayinəsi mütləqdir.
5 dəqiqəlik yuxu
Çox zaman insanlar zond udmağın yaratdığı diskomforta dözməyəclərini güman edərək, endoskopiyadan qaçırlar. Lakin indi pasiyent 5-10 dəqiqəlik "yatızdırılmaqla”, yəni xüsusi anestesik preparatlardan istifadə olunmaqla bu proses olduqca rahat və asan hala gəlib. Nə zaman yuxuya gedəcəyinizi bilməyəcəksiz. Ayılanda hər şey hazırdır və həkim müayinənin görüntüsünü diskə yazaraq sizə təqdim edir.
Qeyd edək ki, mədə yoxlanışı zamanı sonuncu qida qəbulu axşamdan olmalıdır. Səhərm acqarına, hətta su içmədən belə müayinəyə gəlmək lazımdır.
Kolonoskopiya
Bağırsaqların xüsusi zond salınmaqla eynilə endoskopiyada olduğu kimi görüntülər yaddaşda saxlanılmaqla müayinəsidir.
Bu zaman da xəstənin istəyindən asılı olaraq yuxuya gedə bilər və ya ayıq halda ola bilər. Amma kolonoskopiyadan öncə bağırsaqlar xüssi dərmanlar təmizlənir. Bu barədə həkimin xüsusi göstərişləri olur. Kolonoskopiya zamanı bağırsaqlarda olan bütün ən kiçik və ən xroniki xəstəliklər görülür.
Bioloji Təbabət klinikasında Yaponiya istehsalı olan aparatlar, Almaniya istehsalı ERBE VİO cihazı ilə müayinələr aparılır.
Endoskopiya kabinetində bu prosedurlar həyata keçirilir:
-Ezofaqoqastroduodenoskopiya – qida borusu, mədə, 12 barmaq bağırsağın zondla müayinəsi
-Sürətli ureaza – mədədən alınan biopsiya ilə Helicobakteri pylorinin təyini testi
-Kolonoskopiya – yoğun bağırsağın total müayinəsi
-Siqmodoskopiya – S-vari bağırsağın müayinəsi
-Rektoskopiya – düz bağırsağın müayinəsi
-Polipektomiya – poliplərin kəsilməsi
-Arqon plazma koaqulyasiyası
-Angiodisplaziya və vaskulyar lezyonlar
-Hemoklips qoyulması – xora qanaması zamanı qanayan damara
Bu prosedurlardan kimlər keçə bilməz: ağır ağciyər xəstəliyi olanlar, ürək çatışmamazlığı III-IV dərəcə, aorta stenozu, psixiatrik xəstəliyi olanlar
Qalan bütün şəxslər aylardır, illərdir davam edən mədə-bağırsaq problemləri, xora, qastrit, ağrılar və qanaxmalarda mütləq bu prosedurlardan könüllü keçmək lazımdır.
Bioloji Təbabət klinikasında endoskopik prosedurlar olduqca digər klinikalarla nisbətdə sərfəli qiymətədir:
Mədənin endoskopiyası – 60 AZN
Kolonoskopiya – 80 AZN
Restoskopiya – 40 AZN
Helicobakteri Pylori testi – 20 AZN
Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
qida borusunda nese qalib elebil
Salam. Mən mədə endoskopiyası və kolonoskapiya etdirmək isdəyirdim. Zəhmət olmasa ödəniş haqqını deyərdiniz.
Medemde agri var 3 gundu meuniyyetdeyem bakida zond udmaq yatirtmaqla istəyirəm ne vaxt gelim
MEN MEDE VE BAGIRSAGDAN EZIYYET CEKIREM SANKI MEDEDEN BAGIRSAGA GEDEN YOLDA BIR TIXAC VAR .MUAYINE OLUNMAQ ISTIYIREM .YALNIZ YATIZDIRMAQLA
salam. şlanqla mədəyə baxmaq (amma yatızdırıb) necəyədi qiyməti?
Salam doxdur mən 7aydır deri probleminden eziyet çekirəm amma keçir bidaha qayıdır suluxlar olur ,doktor deyirki içden gelir reaksiya verir ,olabilsinki məde baģırsagındandı deyir ,20günnen bir sistem qoyurlur tiosulfat natriy xlor ,antibiotik iynesi tabletkası ,da bilmirem 48yaşım var məne kömey ede bilersinizmi