Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə-bağırsaq polipləri xərçəngə çevrilir – Vaxtında aşkar edib, kəsdirin

  • 2018.07.10 16:33
  • 13665 Baxış
Mədə-bağırsaq polipləri xərçəngə çevrilir –  Vaxtında aşkar edib, kəsdirin

Son zamanlar qastroskopiya və kolonoskopiyada aşkar olunan poliplərin çox olması o deməkdir ki, yaxın 10 ildə mədə-bağırsaq xərçəngindən əziyyət çəkənlərin saylı artacaq. Bunun qarşısını almaq üçün 40 yaşından sonra hər bir insanın ildə bir dəfə kolonoskopiya və qastroskopiya müayinəsindən keçib poliplərin və xərçəngönü patologiyaların vaxtında aşkarlanması vacibdir.


Bunu Medicina.az-a Bioloji Təbabət Klinikasının Qastroenteroloq – endoskopisti Aygün Vəliyeva bildirdi:

 



"Kolonoskopiya zamanı xırda poliplər yerindəcə götürülür, böyük poliplərdən isə birinci biopsiya materialı götürülüb, histoloji müayinəyə göndərilir. Sonrakı mərhələdə xəstəyə izah edirik ki, bu təhlükəli xassəli polipdir, onu endoskopik olaraq götürmək olmaz. Ən təhlükəlisi adenomatoz poliplərdir. Gələcəkdə xərçəngə çevrilir.  


Böyük poliplər sonradan qanama verir. İstənilən 2-3 sm və daha böyük poliplərin sonu xərçəngdir. Özü də qısa müddətə çevrilir, elə də uzun illər tələb etmir. 


Bağırsağın, mədənin içində olan poliplərin yaranma səbəbi çoxdur: orqanizmin intoksikasiyası, zərərli mühit, yanlış qidalanma, genetik. Dünyada çox yayılıb. Yaş fərqi yoxdur, amma 50 yaşından yuxarı insanlarda histoloji diaqnozu təhlükəli gəlir.


Bağırsağın iltihablaşma fonunu azaldan müalicə aparılır, orqanizm detoksikasiya olunur, drenaj olunur. Bu da yalnız Bioloji təbabət klinikasında aparılır. 

Poliplərin ən dəqiq müayinə metodu kolonoskopiyadır. Bundan qorxmaq lazım deyil.  Pasiyent ağrı hiss etmir. Qısamüddətli yatır, heç nə hiss etmir. Ona görə heç bir şikayət olmasa da heç olmasa 2-3 ildən bir kolonoskopiyadan keçmək lazımdır. 


Uzun müddətli xroniki qaraciyər, öd, mədə-bağırsaq xəstəlikləri olanlar mütləq poliplərdən müayinə olunmalıdır".


 



Bizimlə əlaqə:


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Mədə-bağırsaq polipləri xərçəngə çevrilir –  Vaxtında aşkar edib, kəsdirin
Mədə-bağırsaq polipləri xərçəngə çevrilir –  Vaxtında aşkar edib, kəsdirin