Bitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var.
Şəfalı bitkilərdən dəmlənilmiş çayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi problemlərin aradan qalxmasına yardım edir.
Medicina.az bu dəfə sizə yarpızın faydalarını təqdim edir:
Yarpızın yabanı növlərinə yarpız nanəsi də deyilir. Xalq təbabətində daha çox istiotlu yarpızdan istifadə edilir. Ürək sancması, revmatizm, böyrək, vəba və digər xəstəliklərin müalicəsində səmərəlidir. Onunla dəmlənən çay mədə turşuluğunun artırılması və öd kisəsi ağrılarının qarşısını almaq üçün işlədilir. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yollarında duz, kirəc və daş olan xəstələrə, mədə-bağırsaq və sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir.
Yarpızda olan uçucu efir yağları sinirlərə ve qan – damar sisteminə pozitiv ve qıcıqlandırıcı təsir edərək, iltihabəleyhinə təsir göstərir. Eyni zamanda artrit xəstəliyində dərman olaraq idealdır. Öd kisəsi ve qaraciyər xəstəliklərində və mədə- bağırsaq xərçəngi xəstəliklərində istifadə olunur.
Qeyd edək ki, tərkibindəki efir yağları ağciyər, tənəffüs yolları və qaraciyərə zərər verdiyi üçün aromaterapiyada istifadəsi məsləhət deyil.