Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə-bağırsaq xərçənginə qarşı - ən yaxşı giləmeyvə

  • 2022.10.07 14:30
  • 2478 Baxış
Mədə-bağırsaq xərçənginə qarşı   -   ən yaxşı giləmeyvə

Amerikan ekspertləri elmi tədqiqatla sübut edib ki, tünd və qara moruq bağırsağı bədxassəli şişlərdən ən yaxşı qoruyan giləmeyvədir.

"Medicina" xəbər verir ki, bu giləmeyvə iltihab əleyhinə təsir edir, hüceyrələrin kontrolsuz bölünməsinin qarşısını alır.
Qara moruq həm də neyrodegenerativ xəstəliklərdən qoruyur.

Alimlər onu güclü müdafiə edici qabiliyyətə malik vasitə adlandırıb.

Eksperimentdə bağırsaq xərçəngi olan siçanları 2 qrupa bölüb, birinə Avropada dəbdə olan yağlı qidalar, digərlərinə qara moruğun tozu verilib.

İkinci qrupda şişlər böyüməyib.

Bununla da moruğun bağırsaq xərçənginə qarşı təsiri sübut olunub.

Aygün Musayeva