Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə-bağırsaq pozulması koronavirusdan xəbər verə bilər – Britaniya alimləri

  • 2020.04.08 21:38
  • 3152 Baxış
Mədə-bağırsaq pozulması koronavirusdan xəbər verə bilər    – Britaniya alimləri

Böyük Britaniyada koronavirusa yoluşmuş, vəziyyəti kritik xəstələrin 86%-də mədə-bağırsaq pozulmaları, bağırsaq zədələnməsi yayılıb.


Medicina.az xəbər verir ki, bu barədə tibbi BMJ dərgisində britaniyalı mütəxəssislər elmi məqalə dərc edib.
Qeyd olunub ki, kəskin mədə-bağırsaq pozulması olan koronaviruslu xəstələrdə digər simptomlar da ağır keçib.

Analizlər göstərib ki, virus nəcis qalıqlarında daha çox qalır, nəinki burun axıntısında.

Bir çox pasiyentlər qızdırma və öskürmə simptomlarını az keçirib,amma ciddi bağırsaq pozulması, qoxulu ishal olub,lakin buna önəm verməyərək, test etməyi gecikdiriblər.


Virus yoluxması zamanı bağırsaqların işinin pozulması və iltihabı endotoksinlərin artması ilə bağlıdır.
Müalicə üçün intoksikasiyanı aradan qaldıran müalicə məqsədilə polimetilsiloksan poliqidrat və çox miqdarda sutkada 3 litr maye lazımdır.