Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mədə-bağırsağı problemli olanlar cins geyinməsin – SƏBƏB

  • 2020.09.18 17:24
  • 11547 Baxış
Mədə-bağırsağı problemli olanlar cins geyinməsin  – SƏBƏB

Həzm orqanlarında istənilən problemi – qastrit, köp, kolit, həzmsizlik olanlar beli qarını kip sıxan cins geyimlərdən uzaq olmalıdır.


Medicina.az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Nuriya Dianova bildirib.

Yüksək belli və dar cins geyimlər, şalvarlar mədə-bağırsaq ağrılarını artırır, diskomfort yaradır, bağırsaqda olan köp digər orqanları uzun müddət sıxır, qastrit olan nahiyə təzyiq görür.

Xüsusən bu geyimlərdə əyləşəndə, ofis işində qarın boşluğu təzyiq artır, mədə sıxılır, qaz və köplər artır. Reflüks xəstəliyi kəskinləşir, bu insanlarda qıcqırma yüksəlir.

Eləcə də sıx kəmərlər eroziya, reflü və qastrit xəstələrinə tövsiyə olunmur.

Sixıcı, bədən şəkilləndirici korsetlər qarın daxili orqanların sərbəst işinə mane olur. Bu geyimlərin aludəçilərini gələcəkdə ciddi mədə-bağırsaq xəstəlikləri gözləyir.


Mədə-bağırsaq problemi olanlar daha rahat, gen geyimlər geyinməlidir.