Mədə ağrısı bir çox insanlarda müxtəlif səbəblərə görə yarana bilər.
“Medicina” xəbər verir ki, mədə ağrıları həm xroniki, həm də müəyyən qidadan, soyuqdəymə və stress səbəbindən baş verir.
Xroniki mədə ağrıları qastrit, mədə xorası və hətta mədə xərçənginə işarə edə bilər. Buna görə mütləq müayinədən keçmək lazımdır.
Mütəxəssislərin sözlərinə görə, müvəqqəti olaraq mədə ağrılarının qarşısını almaq üçün ən sadə vasitələr. Amma bunlar müalicə üsulu deyil.
1. Adi su. Mədə ağrısı zamanı kiçik qurtumlarla su için.
2. Süd - mədə turşusunu neytrallaşdırır və mədə ağrılarını azaldır.
3. Soda. Yarım çay qaşığı sodanı yarım stəkan suda həll edin və için. Soda mədə ağrısını azaldan ən tanınmış vasitədir. Lakin onu da nəzərə alın ki, bu vasitədən tez-tez istifadə xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.
4. Nişasta və sudan çox da qatı olmayan "kraxmal" bişirin və bu vasitədən yarım stəkan için. Nişasta da mədənin turşuluğunu azaldır və bununla da ağrıların azalmasına kömək edir.
5. Nanə çayı - 1 ç.q. nanəni 1 fincan isti suda 30 dəqiqə dəmləyin, süzün və kiçik qurtumlarla için. Nanə mədədə spazmı azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.
Günay Quluzadə
zulfuqarlı
baku
sabirabad