Mədə xəstəlikləri gündəlik həyata çox təsir edən çətin problemlərdən biridir. Həzmsizlik və mədə ağrısı zamanı çox vaxt bir stəkan süd içmək tövsiyə olunur.
Lakin bir çoxlarının mədə üçün faydalı hesab etdiyi süd əksinə bu orqan üçün zərərlidir. Süd mədənizi daha da pisləşdirə bilər. Həkimlər bu vəziyyətin mədə turşusu ilə əlaqəli olduğunu bildirirlər.
Medicina.az-ın məlumatına görə, həkimlər deyirlər ki, qastrit və xorası olan insanlar mədə turşusunu həddindən artıq ifraz edirlər. Süddə olan kalsium isə mədə turşusunun ifrazını daha da artırır.
Südün mədəni sakitləşdirməsinə mane ola biləcək başqa bir maddə isə kazein adlı zülaldır. Kazein birbaşa mədə selikli qişasının hüceyrələrini stimullaşdırır və daha çox turşunun əmələ gəlməsinə səbəb olur.
Süd mədəni müvəqqəti rahatlaşdıra bilər, lakin sonradan problem daha da kəskinləşir. Beləliklə, bu üsul mədənizə xeyirdən çox zərər verə bilər. Buna görə də süd istehlakı mədə quruluşu həssas, qastrit və xorası olan insanlar üçün uyğun deyil.
Aysel