“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda onlayn tədbir keçirilibMedicina.az xəbər verir ki, Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından iştirakçılara ətraflı məlumat verib.
Erkən nikahlarla üzləşən şəxslərə Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etməyi tövsiyə edib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını nəzərə çatdırdı.
O, erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb. O, erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və ailədaxili zorakılıq hallarına səbəb olduğunu vurğulayıb.