Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Maye qızıl" adlandırılan qarışımın inanılmaz təsirləri

  • 2024.07.23 20:34
  • 1115 Baxış
"Maye qızıl" adlandırılan qarışımın  inanılmaz təsirləri
Sağlam bədənə sahib olmaq üçün vitaminlərlə zəngin qidalardan faydalanmaq lazımdır.

Hər kəsin mətbəxində olan və tez-tez istehlak edilən bəzi qidalar birləşdirildikdə şəfa mənbəyinə çevrilə bilir.
Məsələn, limon və zeytun yağı sayəsində bədəninizi təmizləyə, immunitetinizi gücləndirə bilərsiniz.

Medicina.az xəbər verir ki, “Maye qızıl” adlandırılan limon və zeytun yağı qarışımının sağlamlığa müsbət təsirləri sonsuzdur.

Güclü antioksidant mənbələrindən biri olan limon və hər dərdin dərmanı hesab edilən zeytun yağı bir araya gəldikdə orqanizmi başdan-ayağa sağaldır.

Dərmanlar qədər təsirli olan bu qarışımdan əsrlərdir istifadə olunur.

Amerikada aparılan bir araşdırma, zeytun yağı və limon qarışığının bədəndən bütün toksinləri çıxardığını göstərib. Zeytun yağına bir neçə damcı limon əlavə edib acqarına istehlak edildikdə qaraciyər təmizlənir, həzm sisteminin vəziyyəti yaxşılaşır.

Zeytun yağı və limon antioksidantlarla zəngindir. Antioksidantlar hüceyrə zədələnməsinin qarşısını ala və bədəninizdə sərbəst radikallarla mübarizə apararaq ümumi sağlamlığınızı dəstəkləyə bilər.

Limon zəngin C vitamini mənbəyidir və immunitet sistemini dəstəkləyir. Zeytun yağı isə iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Bu qarışımdan ən az 15 gün müntəzəm olaraq istifadə etdikdə aşağıdakı təsirləri hiss edəcəksiniz:

* Ürəyiniz güclənəcək.

* Yaddaşınız güclənəcək.

* Həzm problemləri yaşamayacaqsınız.

* Arıqlıayacaqsınız.

* Xolestrol səviyyəniz tənzimlənəcək.

* Daha gənc və gümrah hiss edəcəksiniz.


Aysel